Məhkəmə qərarları › İş №2(074)-1063/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1063/2023

11.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1063/2023 11.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1950 manat məbləğində pulun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən olundu ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.1 və 150.1.2-ci maddələrinə əsasən, iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İş materialalrından görünür ki, İddiaçı ərizəyə əlavə edilən sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsinə dair qəbzi, iddia ərizəsinin surətini və yaşayış yerindən arayışı qeyd etsə də, həmin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar