Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1081/2021 12.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı AFB X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesblanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AFB X1 Cəmiyyəti məhkəmədə Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesblanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair iddia qaldıraraq, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, "AFB Bank” ASC-nin xeyrinə əsas borc üzrə 1912.6 (bir min doqquz yüz on iki manat 60 qəpik) manat, 31.08.2021-ci il tarixə faiz borcu üzrə 435.69 (dörd yüz otuz beş manat 69 qəpik) manat, cəmi 2348.29(iki min üç yüz qırx səkkiz manat 29 qəpik) manat kredit borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, İK-İS-311-İ №-li kredit müqaviləsinə əsasən ona illik 22(iyirmi iki) faiz dərəcəsi ilə 2500(iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia iddia qaldırılan günə onun Banka əsas borc üzrə 19-2.6 (bir min doqquz yüz on iki manat 60 qəpik) manat, 31.08.2021 -ci il tarixə faiz borcu üzrə 435.69 (dörd yüz otuz beş manat 69 qəpik) manat, cəmi 2348.29(iki min üç yüz qırx səkkiz manat 29 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Məhkəmədən kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, "AEB Bank” ASC-nin xeyrinə əsas borc üzrə 1912.6 (bir min doqquz yüz on iki manat 60 qəpik) manat, 31.08.2021-ci il tarixə faiz borcu üzrə 435.69 (dörd yüz otuz beş manat 69 qəpik) manat, cəmi 2348.29(iki miıı üç yüz qırx səkkiz manat 29 qəpik) manat kredit borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasınız. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh banka olan borcunu etiraf edərək izahat verib bildirdi ki, həqiqətən də o, bankdan kredit götürmüş, lakin maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Lakin qeyd olunan borcu ödəyəcəyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 22 avqust 2019-cu il tarixli İK-İS-311-İ saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh AFB Bank ASC-dən 24 ay müddətinə illik 22 faiz olmaqla 2500 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 01 sentyabr 2021-ci il tagrxli maliyyə arayşından görünür ki, Cavabdeh bankla bağladığı 22 avqust 2020-ci il tarixli İK-İS-311-İ nömrəli kredit müqaviləsi üzrə 31 avqust 2021-ci il tarixə vaxtı keçmiş kredit borcu –iddia qaldırılan günə əsas kredit borcu 1912,6 manat, 31 avqust 2021-ci il tarixə faiz borcu 435,69 manat, cəmi 2348,29 manat təşkil edir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh AGB Bank ASC-dən illik 22 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh bankla bağladığı 22 avqust 2020-ci il tarixli İK-İS-311-İ nömrəli kredit müqaviləsi üzrə 31 avqust 2021-ci il tarixə vaxtı keçmiş kredit borcu –iddia qaldıran günə əsas kredit borcu 1912,6 manat, 31 avqust 2021-ci il tarixə faiz borcu 435,69 manat, cəmi 2348,29 manat təşkil edir. Cavabdeh banka olan borcunu etiraf edir. Həmçinin iddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəlli müqavilənin bir tərəll müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə AFB Bank ASC arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, əsas kredit borcu üzrə 1912,6 manat, faiz borcu 435,69 manat, cəmi 2348,29 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı AFB Bank ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə AFB Bank ASC arasında bağlanmış kredit müqaviləsi ləğv edilsin, əsas kredit borcu üzrə 1912,6 manat, faiz borcu 435,69 manat, cəmi 2348,29 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınıb iddiaçı AFB Bank ASC-nin hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1081/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1081/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver