Məhkəmə qərarları › İş №2(074)-1085/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1085/2023

14.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1085/2023 14.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat pulun və ödənilmiş 44 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “BMW” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili “Turbo.az” saytında da görmüşdür. Dostu ilə əlaqə saxlamış və birlikdə Sumqayıt şəhərinə gedib avtomobilə baxmışdırlar. Avtomobilin qiyməti 9000 manat idi, avtomobildə nasazlıqlar var idi, lakin bəzi nasazlıqların olduğunu cavabdeh bildirməmişdir. Onlar razılaşmış və o, avtomobili cavabdehin bildirdiyi nasazlıqlar olmaq şərtilə almışdır. 2100 manat pulu əlbə-əl vermiş, 300 manatı da, avtomobilə özü xərc çəkmişdir. Cavabdeh ona etibarnaməni “onlayn” şəkildə verəcəkdir, lakin onu aldatdı və bir neçə gün vermədiyindən, polisə şikayət ilə müraciət etmişdir. Bundan sonra 3 ay maşın onda qalmış və sonra maşını təhqiqatçının danışığı və tələbi ilə sahibinə qaytarmışdır. Həmin vaxt razılaşmışlar ki, birinci ay 400 manat, növbəti aylar hər ay 500 manat olmaqla, ona verməli olduğu pulu geri qaytaracaqdır. Bu barədə hətta cavabdeh iltizam da yazıb vermişdir. Həmin iltizamda cavabdeh öz xətti ilə yazıb bildirmişdir ki, maşına görə onun ödədiyi 2400 manat pulu birinci dəfə 400 manat olmaqla, daha sonra hər ayın 22-də 500 manat ödəməklə geri qaytaracaq, əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazırdır. Lakin, yenə də, onun telefon zənglərinə cavab vermədi. Bu səbəbdən, mülki qaydada pulun cavabdehdən tutulması barədə məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, “BMW” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə İddiaçı aldığı 2100 manat pulun qaytarılmasına etiraz etmir, lakin iddiaçı tərəfindən avtomaşına çəkilmiş xərc olaraq 300 manat pulun qaytarılmasına etiraz edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh verdiyi iltizamda göstərilir ki, “o, X1 məxsus olmaqla, etibarnamə əsasında idarə etmək hüququ olmuş “BMW” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2023-cü il tarixdə şifahi şəkildə satmış, lakin daha sonra, avtomobildə nasazlıqların olduğu müəyyən edilərək, İddiaçı sözügedən avtomobili geri almaqla, İddiaçı 2400 manat pulu bu tariədək geri qaytarmasa da, xx.xx.2023-cü il tarixdə 400 manat, növbəti hər ayın 22-də isə 500 manat olmaqla, ümumilikdə 2400 pulu geri qaytaracağına söz vermiş, əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazırdır”. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 44 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh istifadəsində olan avtomobili İddiaçı xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında satmış, lakin avtomovildə nasazlıqlar olduğundan, onların razılaşması baş tutmamış, avtomobil cavabdehə qaytarılmışdır. İddiaçı avtomobilə görə ödədiyi 2100 manat və avtomobilə çəkdiyi xərc olaraq 300 manat pulu geri ala bilmədiyi üçün, hüquq-mühafizə orqanlarına müraciət etmiş və cavabdeh avtomobili geri almaqla, iddiaçıya 2400 manat pulu xx.xx.2023-cü il tarixə 400 manat, növbəti hər ayın 22-də isə 500 manat olmaqla, ümumilikdə 2400 pulu geri qaytaracağını öhdəsinə götürmüşdür. Bununla da, tərəflər arasında borc münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər yaransa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən pulunu tələb etməkdə haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 2400 manat pul və ödənilmiş 44 manat dövlət rüsumu alınıb, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat pul və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar