Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-110/2025 06.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 birgə nikahlarından doğulmuş 16 yanvar 2017-ci il təvəllüdlü X2 Şamaxı şəhəri, Nəsimi küçəsi, ev 21 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə qeyri-rəsmi nikaha daxil olmuş, cavabdehin valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onunla cavabdehin birgə qeyri-rəsmi nikahlarından həmin evdə yaşayarkən xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Onunla cavabdeh X8 arasında xx.xx.2017-ci il tarixli, 51 nömrəli akt qeydi ilə qeydə alınmış nikahları Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-880/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Hal-hazıra kimi iddiaçılar mübahisəli mənzildə yaşayırlar. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, İddiaçı və Cavabdeh1 bu barədə məhkəməyə məlumat verməsələr də, digər Cavabdeh2 teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçı və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-880/2024 saylı, 12 iyul 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Şamaxı Rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 51 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh1 tutularaq, cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ № 936021 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 yanvar 2017-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 495339 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 və İddiaçı nikahına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 saylı fərdi yaşayış evi Cavabdeh2 və X6 paylı mülkiyyətlərindədir. İş materiallarında olan Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 dekabr 2024-cü il tarixli arayışından görünür ki, X1 şəhəri, Nəsimi küçəsi ev 21 saylı ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin e-2(074)-984/2024 saylı, 02 avqust 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, X13, X10, İddiaçı, X11 və X4 Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1, 5 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birgə çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X7 qarşı “ərizənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2017-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü bir övladları doğulmuşdur. Ailə qurduqdan sonra İddiaçı ünvan 2 ünvana gəlin köçmüşdür. Daha sonra ailə münasibətləri baş tutmadığından onlar arasında olan nikah pozulmuş və faktiki olaraq ayrılmışlar. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 880/2024 saylı, 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə onların birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmışdır. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmiş və yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda Cavabdeh2 məxsus həmin fərdi yaşayış evindən X3 istifadə hüququn tanınmasını xahiş edir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehlərdən Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bir müddət sonra mübahisəli yaşayış sahəsinə köçmüşdür. Buna görə də yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Qeyd edilən Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı 16 yanvar 2017-ci il təvəllüdlü X2 (məhkəmə qətnaməsi ilə anasının yanında saxlanılmışdır) ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-110/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-110/2025
06.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver