Məhkəmə qərarları › İş №2(074)-1105/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1105/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1105/2023 16.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X18 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı “daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan və yaşayan X8 ilə onun arasında Şamaxı rayonu, Məlhəm kəndində yerləşən, mərhum anası X16 məxsus 0,72 ha torpaq sahəsi üzərində yerləşən torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə dair alqı-satqının xx.xx.2019-cu il tarixdə bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan və yaşayan X8 ilə razılığa gələrək, Şamaxı rayonu, Məlhəm kəndində yerləşən, mərhum anası X16 məxsus 0,72 ha ərazidə olan torpaq sahəsini və torpaq sahəsinin üzərində yerləşən yaşayış evini almışdır. Həmin əmlakın sənədləşməsi üçün X8 ilə razılığa gələrək, əmlakın dəyəri kimi sonuncuya 2500 manat pul vermiş və ona xx.xx.2019-cu il tarixdə etibarnamə verilmişdir. Həmin dövrdən torpaq sahəsi və üzərində olan yaşayış evi onun istifadəsindədir. İllik vergilər onun tərəfindən ödənilməklə, qeydiyyata alınmışdır. Lakin, etibarnamə verilsə də, aralarında olan alqı-satqını rəsmiləşdirməmişdirlər. Belə ki, etibarnamə 3 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək verilsə də, xx.xx.2019-cu il tarixdə X8 vəfat etmişdir. Bu səbəbdən, alqı-satqı barədə və ümumiyyətlə daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı işlər yarımçıq qalmışdır. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, notarius Yaşar Eyyubov məhkəməyə ünvanladığı müraciətində, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məlhəm Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 49 saylı arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 məxsus Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yerləşən əmlakı İddiaçı tərəfindən istifadə edilir və rüsumu ödənilir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 122 saylı arayışından görünür ki, X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi Şamaxı rayonunun Məlhəm kəndində yaşamış və qeydiyyatda olmuşdur. Məhrumun vəfatından sonra varisi - arvadı X5r. İş materiallarında olan Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixdə X9 ünvanlanmış məktubunda göstərilir ki, vətəndaş X9 xx.xx.2009-cu il tarixdə vəfat etmiş X13 qanunvericilikdə nəzərdə tutulmuş vərəsələrinin sırasına saxil olmadığı üçün, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, X1 rayonu Məlhəm kəndi ərazisində yerləşən daşınmaz əmlakının idarə edilməsini xx.xx.2022-ci il tarixədək İddiaçı etibar etmişdir. İş materiallarında olan AZ-İİ 009799 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan Şamaxı rayon İHB-nın Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X3 xx.xx.2018-ci ildə, onun arvadı X8 isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Vəfat etdikləri günə kimi, Şamaxı rayonu Məlhəm kəndində qeydiyyatda olmuş və yaşamışlar. Məhrumların vəfatından sonra heç bir vərəsələri qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin arayışında göstərilir ki, Şamaxı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində xx.xx.2019-cu ildə vəfat etmiş X4 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş X13 qanunvericilikdə nəzərdə tutulmuş vərəsələrinin sırasına daxil deyil. X3 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və vəfat etdiyi günə kimi, Şamaxı rayonunun Məlhəm kəndində yaşamış və qeydiyyatda olmuşdur. Məhrumun vəfatından sonra varisi - arvadı X11muş və sonuncu xx.xx.2019-cu ildə vəfat etmişdir. Vəfat etdikləri günə kimi, Şamaxı rayonu Məlhəm kəndində qeydiyyatda olmuş və yaşamışdırlar. Məhrumların vəfatından sonra heç bir vərəsələri qalmamışdır. Belə olan təqdirdə, iddiaçı ilə onun arasında fərdi yaşayış evinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi istisna edilir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Belə olan halda, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Hazırki iş üzrə daşınmaz əmlak olan mübahisəli torpaq sahəsinin mülkiyyətçisi ilə iddiaçı arasında alqı-satqı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı daşınmaz əmlaka dair alq-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı daşınmaz əmlaka dair alq-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar