Məhkəmə qərarları › İş №2(074)-1138/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1138/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1138/2021 01.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan DəmirBank ASC-nin cavabdehlər Cavabdeh3, X3, Cavabdeh1, Cavabdeh4 qarşı kredit borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan DəmirBank ASC cavabdehlər Cavabdeh3, X3, Cavabdeh1, Cavabdeh4 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1339.83 ABŞ dolları bundan 401.59 ABŞ dolları əsas, 118.33 ABŞ dolları faiz, 757,63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.28 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3, X3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alaraq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Abbasoy Rauf İbrahim oğlu arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit-müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə 1200 (min iki yüz) kredit verilmişdir. 26.09.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 1189.68 (min yüz səksən doqquz dollar, 68 sent) ABŞ dolları müəyyən edilmişdir, kreditin müddəti 26.09.2018-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh3 kredit verilərkən X3, Cavabdeh1 və Cavabdeh4 ilə Bank arasında 15 yanvar 2015-ci il il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********685 saylı 04.08.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 30.07.2021-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 1339.83 ABŞ dolları təşkil edir. Bundan 401.59 ABŞ dolları əsas, 118.33 ABŞ dolları faiz, 757.63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.28 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmədən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respubliaksı MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 İbrahim oğlu arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit-müqaviləsindən görünür ki, cavabdehə 12 (on iki) ay müddətinə 1200 (min iki yüz) kredit verilmişdir. İş materiallarında olan 26.09.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 1189.68 (min yüz səksən doqquz dollar, 68 sent) ABŞ dolları müəyyən edilmişdir, kreditin müddəti 26.09.2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan 26 sentyabr 2017-ci il tarixli ********** saylı 15 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə 2 nömrəli sazişdən görünür ki, Cavabdeh3 kredit verilərkən X3, Cavabdeh1 və Cavabdeh4 ilə Bank qarşısında öhdəliklərin icrası üçün Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli **********874 saylı maliyyə arayışından görünür ki, 30.07.2021-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 401.59 ABŞ dolları əsas, 118.33 ABŞ dolları faiz, 757.63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.28 ABŞ dolları faiz borcu olmaqlacəmi 1339.83 ABŞ dolları təşkil edir. İş materiallarından görünür ki, 04 avqust 2021-ci il tarixd cavabdeh X1 3 iş günü müddətində borclarını ödəməsini təmin etməsi barədə xəbərdarlıq edilmiş, əks halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan DəmirBank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 İbrahim oğlu arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit-müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 1200 kredit verilmişdir. 26.09.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 1189.68 ABŞ dolları müəyyən edilmişdir, kreditin müddəti 26.09.2018-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh3 kredit verilərkən X3, Cavabdeh1 və Cavabdeh4 ilə Bank arasında 15 yanvar 2015-ci il il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. 30.07.2021-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 1339.83 ABŞ dolları təşkil edir. Bundan 401.59 ABŞ dolları əsas, 118.33 ABŞ dolları faiz, 757.63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.28 ABŞ dolları faiz borcu təşkil edir. Tərəflərə məlumat verilməsinə baxmayaraq borclarını ödəməmişlər. Bank tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddianın 757,63 ABŞ dolalrı cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 757,63 ABŞ dolalrı məbləğində cərimə pulu deyil, 10 ABŞ dolları məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, X3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 401.59 ABŞ dolları əsas, 118.33 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.28 ABŞ dolları faiz borcu, cəmi 592,2 ABŞ dolları məbləğ (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh3, X3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 401.59 ABŞ dolları əsas, 118.33 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.28 ABŞ dolları faiz borcu, cəmi 592,2 ABŞ dolları məbləğ (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar