Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1139/2021 01.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Yelo Bank ASC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC-nin məhkəmə orqanları ilə iş şöbəsinin müdiri İsa Hacıyev Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 05.01.2021-cü il tarixli kredit müqaviləsi üzrə 4000 manat əsas borc, 438.39 manat faiz borcu və 318.02 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4756.41 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə YeloBank ASC arasında bağanmış 05 yanvar 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahat verib göstərdi ki, Cavabdeh 05.01.2021-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-dək Cavabdeh banka 05.01.2021-cü il tarixli kredit müqaviləsi üzrə 4000 manat əsas borc, 438.39 manat faiz borcu və 318.02 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4756.41 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.İddianın təmin olunması barədə qətnamə çıxaırlmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün cavabdehin ünvanına göndərilən zərfin üzərində bu ünvanda yaşamır yazılaraq geri qaytarılmışdır. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 05.01.2021-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh banka 05.01.2021-cü il tarixli kredit müqaviləsi üzrə 4000 manat əsas borc, 438.39 manat faiz borcu və 318.02 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4756.41 manat borcu vardır. İş materiallarında olan 16 avqust 2021-ci il tarixli KBD-13083 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 05 yanvar 2021-ci il tarixli 24-Y-2-9-63-21 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh 05.01.2021-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. 27.08.2021-dək Cavabdeh banka 05.01.2021-cü il tarixli kredit müqaviləsi üzrə 4000 manat əsas borc, 438.39 manat faiz borcu və 318.02 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4756.41 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın 318,02 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliklərinə görə tənasübsüz surətdə yüksək dəbbə pulludur və cavabdehdən 318,02 manat cərimə pulu deyil, 10 manat məbləğində cərimə pulu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 05.01.2021-cü il tarixli kredit müqaviləsi üzrə 4000 manat əsas borc, 438.39 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4448,39 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmalı, Cavabdeh ilə YeloBank ASC arasında bağanmış 05 yanvar 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 05.01.2021-cü il tarixli kredit müqaviləsi üzrə 4000 manat əsas borc, 438.39 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4448,39 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulsun. Cavabdeh ilə YeloBank ASC arasında bağanmış 05 yanvar 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1139/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1139/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver