Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1140/2021 01.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9456.63 manat əsas borc, 152.52 manat faiz borcu və 140.78 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9749.93 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 18.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək izahat verib göstərdi ki, Cavabdeh2 18.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Yelo ASC-dən illik 1 faizlə 60 ay müddətinə 9647.76 manat kredit götürmüşdür. Borcun təminatı kimi Cavabdeh1 ilə 18.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lkin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03.09.2021-dək Cavabdeh2 banka 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9456.63 manat əsas borc, 152.52 manat faiz borcu və 140.78 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9749.93 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9456.63 manat əsas borc, 152.52 manat faiz borcu və 140.78 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9749.93 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 18.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 18.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, X2 “Yelo ASC-dən illik 1 faizlə 60 ay müddətinə 9647.76 manat kredit götürmüşdür. İş materiallarında olan 18.12.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borcun təminatı kimi Cavabdeh1 ilə müqavilə bağlanmışdır. İş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03.09.2021-dək Cavabdeh2 banka 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9456.63 manat əsas borc, 152.52 manat faiz borcu və 140.78 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9749.93 manat borcu vardır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli KBD/13562 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 18 dekabr 2019-cui il tarixli kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 18.12.2019-cu il tarixli kredit müqaviləsinə əsaəsn X2 “Yelo ASC-dən illik 1 faizlə 60 ay müddətinə 9647.76 manat kredit götürmüşdür. 18.12.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən borcun təminatı kimi Cavabdeh1 ilə bağlanmışdır. 03.09.2021-dək Cavabdeh2 banka 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9456.63 manat əsas borc, 152.52 manat faiz borcu və 140.78 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9749.93 manat borcu vardır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 18 dekabr 2019-cui il tarixli kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilsə də borclarının ödəməmişlər. İddiaçı Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın 140,78 manat manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliklərinə görə tənasübsüz surətdə yüksək dəbbə pulludur və cavabdehlərdən 140,78 manat cərimə pulu deyil, 10 manat məbləğində cərimə pulu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9456.63 manat əsas borc, 152.52 manat faiz borcu və 10,0 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9619,15 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmalı, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 18.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9456.63 manat əsas borc, 152.52 manat faiz borcu və 10,0 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9619,15 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulsun. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 18.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1140/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1140/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver