Məhkəmə qərarları › İş №2(074)-1141/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1141/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1141/2021 01.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Yelo Bank ASC-nin xeyrinə 27 dekabr 2019-cu il tarixli kredit müaviləsi üzrə 5077,63 manat əsas borc, 85,14 manat faiz borcu və 88,01 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5250,78 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh2 ilə Yelo Bank ASC arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahat verib göstərdi ki, Cavabdeh2 27.12.2019-cü il tarixli kredit müqaviləsinə əsasən Yelo Bank ASC-dən illik 1 faizlə 60 ay müddətinə 5077.63 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 27.12.2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03.09.2021dək Cavabdeh2 banka 27.12.2019-cü il tarixli kredit müqaviləsi üzrə 5077.63 manat əsas borc, 85.14 manat faiz borcu və 88.01 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5250.78 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydad YeloBNk ASC-nin xeyrinə 27 dekabr 2019-cu il tarixli kredit müaviləsi üzrə 5077,63 manat əsas borc, 85,14 manat faiz borcu və 88,01 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5250,78 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh2 ilə YeloBank ASC arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 ünvanına göndərilmiş zərfin üzərində tələb olunmayıb yazılaraq geri qaytarılmışdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 27 dekabr 2019-cu il tarixli 2-MZ-1-0-685-14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 27.12.2019-cü il tarixli kredit müqaviləsinə əsasən Yelo Bank ASC-dən illik 1 faizlə 60 ay müddətinə 5077.63 manat kredit götürmüşdür. İş materiallarında olan 27 dekabr 2019-cu il tabrixli 2-MZ2-1-0-685-14 saylı zminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etmək üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03.09.2021-dək Cavabdeh2 banka 27.12.2019-cü il tarixli kredit müqaviləsi üzrə 5077.63 manat əsas borc, 85.14 manat faiz borcu və 88.01 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5250.78 manat borcu vardır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli KBD/135/6 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 27 dekabr 2019-cu il kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh2 27.12.2019-cü il tarixli kredit müqaviləsinə əsasən Yelo Bank ASC-dən illik 1 faizlə 60 ay müddətinə 5077.63 manat kredit götürmüşdür. 27 dekabr 2019-cu il tabrixli 2-MZ2-1-0-685-14 saylı zminlik müqaviləsinə əsasən borcun təminatı olaraq zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etmək üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 03.09.2021-dək Cavabdeh2 banka 27.12.2019-cü il tarixli kredit müqaviləsi üzrə 5077.63 manat əsas borc, 85.14 manat faiz borcu və 88.01 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5250.78 manat borcu vardır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 27 dekabr 2019-cu il kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilsədə cavabdehlə borcu ödəməmişlər. Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın 88,01 manat manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliklərinə görə tənasübsüz surətdə yüksək dəbbə pulludur və cavabdehlərdən 88,01 manat cərimə pulu deyil, 10 manat məbləğində cərimə pulu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Yelo Bank ASC-nin xeyrinə 27 dekabr 2019-cu il tarixli kredit müaviləsi üzrə 5077,63 manat əsas borc, 85,14 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5172,77 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı və Cavabdeh2 ilə Yelo Bank ASC arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Yelo Bank ASC-nin xeyrinə 27 dekabr 2019-cu il tarixli kredit müaviləsi üzrə 5077,63 manat əsas borc, 85,14 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5172,77 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh2 ilə YeloBank ASC arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar