Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1142/2021 01.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə iddiaçı Exspressbank ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldiməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Exspressbank ASC məhkəmədə Cavabdeh qarşı kredit borcunun tutulması, tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldiməsi tələbinə dair dair iddia qaldıraraq, X1 336,38 manat məbləğində əsas borc və 52,62 manat faiz borcu olmqla ümumilikdə 389,0 manat borcun 20,4 manat dövlət rüsumunun tutularaq Expressbank ASC-yə ödənilməsi, eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus ******* nömrəli xüsusi paketdə Bankın pul anbarında saxlanca qəbul edilmiş 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük, 1 ədəd klon əyarı 538, ümumil çəkisi 28 qram 1 ədəd üzük əyarı 750, çəkisi 4,6 qram qızıl-zinət əşyalarına yönəldilməsi barədə qətnamə çıxarılması məkəmədən xahiş olunur. Hazırda iddiaçı ekspressbank ASC-nin nüamyəndəsi X2 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin əslinin banka geri qaytarılamsını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və ərizəyə dair münasibətini bildirməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Exspressbank ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldiməsi tələbinə dair iddia ərizəsi iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1142/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1142/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver