Məhkəmə qərarları › İş №2(074)-1157/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1157/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1157/2021 16.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı FİNCA Azerbaijan MM QBKT məhkəməyə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2262.00 AZN əsas, faiz borcu üzrə 1387.30 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3649.30 AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahat verib bildirdi ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 12.11.2014-cü il tarixli, **********7871 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 AZİSİ olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin 12.11.2014-cü il tarixli, **********7871 saylı kredit müqaviləsi 06.04.2016-ci il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2268 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Beləliklə, 03.09.2021 -ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 2262.00 AZN əsas, faiz borcu üzrə 1387.30 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3649.30 AZN təşkil edir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib göstərdi ki, “FİNCA Azerbaijan” MM QBKT ilə arasında bağlanmış 12.11.2014-cü il tarixli, **********7871 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 AZN məbləğində kredit verilmişdir. Həmin pulu götürüb başqa şəxsə vermişdir. İndiyədək o kredit pulunu banka qaytarmamışdır. Maddi imkanı olan kimi özü pulu tam banka qaytaracağını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 izahatını təsdiq etdi və maddi imkanı olan kimi banka olan borcunu ödəyəcəyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh3 məhkəməyə gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirkçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 12.11.2014-cü il tarixli, **********7871 saylı kredit müqavilədən görünür ki, Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 AZİSİ olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşdur. İş materiallarından görünür ki, 12.11.2014-cü il tarixli **********7871 saylı kredit müqaviləsinin 06.04.2016-ci il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2268 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. İşmateriallarında olan 03.09.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 2262.00 AZN əsas, faiz borcu üzrə 1387.30 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3649.30 AZN borcu vardır. İş materiallarında olan asan ödəniş sistemi portalından çıxarışdan görünür ki, FİNCA Azerbaijan MM QBKT hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 12.11.2014-cü il tarixli, **********7871 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdehlər müqavilə şərtlərini pozaraq banka olan borclarını tam ödəməmişlər. Həmçinin 12.11.2014-cü il tarixli, **********7871 saylı kredit müqaviləsi 06.04.2016-ci il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2268 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. 03.09.2021 -ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 2262.00 AZN əsas, faiz borcu üzrə 1387.30 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3649.30 AZN təşkil edir. FİNCA Azerbaijan MM QBKT hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2262.00 AZN əsas, faiz borcu üzrə 1387.30 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3649.30 AZN məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2262.00 AZN əsas, faiz borcu üzrə 1387.30 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3649.30 AZN məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar