Məhkəmə qərarları › İş №2(074)-1158/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1158/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1158/2021 16.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı FİNCA Azerbaijan MM QBKT məhkəməyə Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2860.00 AZN əsas, faiz borcu üzrə 864.00 AZN, cərimə borcuna görə 27.90 AZN olmaqla cəmi 3751.90 AZN borcun, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nm xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahat verib bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22.12.2015-cı il tarixli, **********2907 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.53 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 201 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilinəsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 22.12.2015-cı il tarixli, **********2907 saylı kredit müqaviləsi 30.06.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2860.00 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Beləliklə, 03.09.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh borc məbləği əsas borc üzrə 2860.00 AZN əsas, faiz borcu üzrə 864.00 AZN, cərimə borcuna görə 27.90 AZN olmaqla cəmi 3751.90 AZN təşkil edir. Məhkəmədən Cavabdeh əsas borc üzrə 2860.00 AZN əsas, faiz borcu üzrə 864.00 AZN, cərimə borcuna görə 27.90 AZN olmaqla cəmi 3751.90 AZN borcun, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nm xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəməyə gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçım nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 22 dekabr 2015-ci il tarixli **********907 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.53 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 201 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh FİNCA Azerbaijan MM QBKT-yə əsas borc üzrə 2860,0 manat, faiz borcuna görə 864,0 manat, cərimə borcuna görə 27,90 manat olmaqla, cəmi 3751,90 manat məbləğində borcu vardır. İş materiallarında olan asan ödəniş sistemi portalından çıxarışdan görünür ki, FİNCA Azerbaijan MM QBKT hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.53 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 201 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq iddiaçıya olan borcunu tam ödəməmişdir. Hazırda cavabdehin FİNCA Azerbaijan MM QBKT-yə əsas borc üzrə 2860,0 manat, faiz borcuna görə 864,0 manat, cərimə borcuna görə 27,90 manat olmaqla, cəmi 3751,90 manat məbləğində borcu vardır. FİNCA Azerbaijan MM QBKT hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əsas borc üzrə 2860.00 AZN, faiz borcu üzrə 864.00 AZN, cərimə borcuna görə 27.90 AZN olmaqla cəmi 3751.90 AZN borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulmalıdr. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh əsas borc üzrə 2860.00 AZN, faiz borcu üzrə 864.00 AZN, cərimə borcuna görə 27.90 AZN olmaqla cəmi 3751.90 AZN borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu “FİNCA Azerbaijan” MM QBKT-in xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar