Məhkəmə qərarları › İş №2(074)-1164/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1164/2021

26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1164/2021 26.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia qaldıraraq, Şamaxı rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 90 manat sabit pul məbləğində alimentin artırılaraq 175 manat olmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahat verib göstərdi ki, 11 iyun 2013-cü ildə cavabdehlə ailə qurmuşdur. Birgə nikahdan 16 iyul 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Şamaxı rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(074)-822/2018 saylı qətnaməyə əsasən azyaşlı uşağı X2 üçün hər ay sabit pul məbləğində 90 manat aliment kəsilib, bu alimentin məbləği azdır, uşğaın tələbatını qətiyyən ödəmir. O, dəfələrlə cavabdehdən alimentin 90 manat deyil bir az daha artıq verilməsini tələb etmiş, lakin cavabdeh buna əməl etməmişdir.Fərdi əməklə məşğuldur, “Göyqurşağı” adlanan mərkəzdə mühafizəçi işləyir, yaxşı gəliri var. Məhkəmədən Şamaxı rayon 05 oktyabr 2018-ci il tarixli 2(074)-822/2018 saylı qətnaməsinə əsasən kəsilmiş 90 manat sabit pul məbləğində alimentin artırılaraq 175 manat olmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib göstərdi ki, iddaçı ilə 11 iyun 2013-cü ildə ailə qurmuşdur. Birgə nikahdan 16 iyul 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Şamaxı rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(074)-822/2018 saylı qətnaməsinə əsasən Əlinin saxlanılması üçün 90 manat aliment kəsilmişdir. İşləmir, maddi imkanı yoxdur. Alimentin məbləğinin artırılmasına etiraz edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(074)- 822/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Əlyusif oğlu arasında 11 iyun 2013-cü il tarixdə Şamaxı rayon Göylər kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 16.07.2014-cü il təvəllüdlü X4 iddiaçı-anası İddiaçı yanında saxlanılmış, Cavabdeh Əlyusif oğlundan 23 aprel 2018-ci il tarixdən başlayaraq, 16 iyul 2014-cü il təvəllüdlü X1 üçün hər ay 90 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ № 334988 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 16.07.2014-cü il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası Cavabdeh Əlyusif oğlu, anası İddiaçıdır. İş materiallarında olan Mediasiya prosesinə xitam verilməsi barədə 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair müraciəti ilə əlaqədar mediasiya prosesində iştirak etmişlər, mübahisənin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prosesinə xitam verilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş uşaq İddiaçı qızının yanında qalmaqla, Cavabdeh Əlyusif oğlundan 23 aprel 2018-ci il tarixdən başlayaraq, 16 iyul 2014-cü il təvəllüdlü X1 üçün hər ay 90 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə baxışında İddiaçı cavabdehin iş yeri olduğunu bildirsədə bu barədə məhkəməyə rəsmi sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, uşağın saxlanılmasında hər iki valideynin borcu olduğunu, uşağın saxlanılması üçün hər ay lazım olan maddi tələbatın ödənilməsində tərəflər bərabər iştirak etməlidirlər. Məhkəmə uşaqların layiqli həyat şəraitini təmin etmək, yaşını, tələbatını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səiyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə qət edimiş alimentin miqdarı artırılsın və qətnamə qanuni qüvvəsini aldığı gündən Cavabdeh 16 iyul 2014-cü il təvəllüdlü X1 üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınıb İddiaçı qızına verilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə qət edimiş alimentin miqdarı artırılsın və qətnamə qanuni qüvvəsini aldığı gündən Cavabdeh 16 iyul 2014-cü il təvəllüdlü X1 üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınıb İddiaçı qızına verilsin. İddianın qalan hissəsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verdildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar