Məhkəmə qərarları › İş №2(074)-1164/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1164/2025

14.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1164/2025 14.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı və Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kreditin ödənilməmiş məbləğinin 1/2 hissəsinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, AZ55AİİB******************** hesab nömrəsi üzrə ödənilməmiş 5349,70 manat borcun 1/2 hissəsinin, yəni 2674,85 manat məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh X1 üzərinə qoyulması və ödədiyi 46 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə barışdığını və buna görə ona qarşı olan iddia tələbindən imtina etdiyini, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə barışdıqlarından iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən iddia ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da İddiaçı na qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 23857, əməliyyat İD: 959263403, GPP qəbz nömrəsi ********** olan) 46 manat dövlət rüsumu və xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 12480, əməliyyat İD: **********, GPP qəbz nömrəsi ********** olan) 1 manat, cəmi 47 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kreditin ödənilməmiş məbləğinin 1/2 hissəsinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 23857, əməliyyat İD: 959263403, GPP qəbz nömrəsi ********** olan) 46 manat dövlət rüsumu və xx.xx.2025ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 12480, əməliyyat İD: **********, GPP qəbz nömrəsi ********** olan) 1 manat, cəmi 47 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar