Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-117/2024 29.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsinin alınması üçün verdiyi 10000 manat pulun və 120 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə Cavabdeh ona müraciət edərək bildirmişdir ki, Muğanlı kəndi ərazisində, yol kənarında Torpağa mülkiyyət hüququna dair JN-0349 saylı 41013028 kodlu Dövlət Aktına əsasən, X3 məxsus olan torpaq sahəsinin 0,10 ha hissəsi satılır. Onun da 0,05 ha hissəsi tikinti altıdır. Cavabdeh bildirmişdir ki, torpaq xəstə bibisinin torpağıdır. Torpaq yol kənarında olduğundan, qiyməti baha idi. Onlar 0,10 ha torpaq sahəsinə görə 10000 manata razılaşmışdırlar. Onlar notariusa getmiş və pulu notariusun otağında Təyyara vermişdir. O, yaşlı qadındır, oxuyub-yazmağı bilmir. Ona etibarnamə yazıb veriblər, o da, elə bilmişdir ki, alqı-satqı müqaviləsidir. Dövlət Aktının da əsli onda olmuşdur. Həmin vaxtdan da, torpaq sahəsi onun istifadəsində olubdur. Hətta o, 0,05 ha hissəsində tikinti işləri aparmağa dair razılıq da almışdır. 2023-cü ilin əvvəlində öyrənmişdir ki, həmin torpaq sahəsi yenidən başqa bir şəxsə satılıbdır. O, Təyyara zəng edərək, bunun nəyə görə belə olduğunu öyrənmək istəmiş, lakin sonuncu ona cavab verməkdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, Şamaxı rayonu, Muğanlı kəndi ərazisində olan 0,10 ha torpaq sahəsi faktiki olaraq cavabdehdən aldığı gündən onun istifadəsində olmuş, torpaq sahəsini əkib-becərmiş, bu vaxta qədər torpaqdan istifadə etdiyi üçün, ona irad tutulmamışdır. Torpağa dair dövlət aktının əsli də onda olmuşdur. Yalnız 2023-cü ilin əvvəlində torpaq sahəsini satmaq istəyən zaman, xəbər tutmuşdur ki, torpaq sahəsi başqasına satılıbdır. Məhkəmənin 16 yanvar 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 2010-cu ildə İddiaçı ilə Şamaxı rayonu, Muğanlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin alqı-satqısına dair aralarında razılaşma olmuş, bununla bağlı o, iddiaçıdan 3000 ABŞ dolları məbləğində pul qəbul etmiş, lakin iddiaçı notarial qaydada alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə razı olmadığına görə, müqavilə bağlanmamışdır. Bu səbəbdən, o, 2011-ci ildə həmin sahəni başqa bir şəxsə satmış və 0,10 ha torpaq sahəsinin dəyəri olaraq 6000 manat pulu İddiaçı qaytarmışdır. Göstərilənlərə əsasən, eyni zamanda, iddia müddəti keçdiyinə görə, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN-İ 120589 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,10 ha torpaq sahəsini İddiaçı sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar ondan adından ərizə verməyi və digər hərəkətəri etməyi etibar etmişdir. İş materiallarında olan Dövlət Notariat Arxivinin 10 aprel 2023-cü il tarixli 3-16-5/6-14- 2288/23 saylı məktubunda göstərilir ki, Şamaxı rayon notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2010-cu illərə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən, X5 tərəfindən rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubunda göstərilir ki, ünvan 2rnamə əsasında X1 əldə edilmiş 1,0 ha torpaq sahəsinə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Bundan əlavə 1,0 ha torpaq sahəsi hal-hazırda başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi başqa şəxsin mülkiyyətində olduğuna görə, ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan JN 349, 41013028 nömrəli Dövlət aktından görünür ki, X2 mülkiyyətinə Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 24 aprel 2006-cı il tarixli 04 nömrəli qərarı ilə 1,0 ha torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər arasında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin alqısatqısı ilə bağlı razılığa gələrək, İddiaçı bu məqsədlə Cavabdeh 3000 ABŞ dolları məbləğində pul vermiş, lakin tərəflər arasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmadığından, cavabdeh həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Hazırda isə iddiaçı qeyd olunan halları əsas gətirərək, torpaq sahəsinə görə verdiyi 10000 manat məbləği geri tələb edir, cavabdeh isə həmin sahəyə görə iddiaçıdan 3000 ABŞ dolları pul götürdüyü etiraf edərək, bunun əvəzində 6000 manat pulu qaytardığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, Cavabdeh İddiaçı torpaq sahəsinə görə 3000 ABŞ dolları məbləğində pulun qəbul etdiyini etiraf edərək, həmin pulun əvəzində iddiaçıya 6000 manat məbləğində pulun qaytarıldığını bildirsə də, pulun qaytarılması, eyni zamanda, iddiaçının cavabdehə 10000 manat pulun verməsi barədə dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış və bununla bağlı tərəflər istinad etdiyi halları sübut edə bilməmişdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həmçinin, iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh müraciəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı öz hüquqlarının pozulduğunu 2023-cü ilin əvvəlində bildiyindən, iddia müddəti keçməmiş və buna görə də, iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən pulunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iradəsinə zidd olaraq əmlakının cavabdehdə qalması üçün hər hansı bir qanuni əsas olmadığından və iddiaçının tələbi qismən sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 3000 ABŞ dolları məbləğində pul və ödənilmiş 71 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-117/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-117/2024
29.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver