Məhkəmə qərarları › İş №2(074)-120/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-120/2023

30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-120/2023 30.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 78 adda 3000 manat məbləğində əmlaklarının alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 06 iyun 2013-cü il tarixdə rəsmi nikahla Quşçu kənd sakini X2 ərə gedib. Birgə ailə həyatından 17 aprel 2014-cü il tarixdə doğulmuş İmran adlı bir oğulları var. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə ürək çatışmamazlığından vəfat edib. Yoldaşı vəfat edəndən sonra hər bir şeyi, evi həyəti heyvan-qaranı, cavabdeh mənimsəyərək, hamısı satıb mənimsəmiş, hətta onun özünəməxsus olan əmlakları belə qaytarmamışdır. Mediasiyaya müraciət etmiş, aralarında razılaşma olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun cavabdehdə qalan əmlakları bir qazan dəsti- 50 manat, iki balaca teşt-10 manat, iki xəmir tası-10 manat, dörd qabyuyulan teşt-10 manat, bir çörək qabı-6 manat, 2 ədəd plasmas qab yuyulan-3 manat, 3 ədəd aliminium qazan-20 manat, 2 qəfədan, iki çaynik-40 manat, 2 cücə yeşiyi-10 manat, 1 top setka-30 manat, 2 palatka-60 manat, 2 termos-20 manat, 1 təknə, iki sac-40 manat, 14 ədəd balon 3 kq-lıq-20 manat, 3 yeşik boş banka-6 manat, 6 hinduşka-180 manat, 10 toyuq-50manat, 20 çolpa-140 manat, bir odun peçi-40 manat, 4 kisə taxıl-100 manat, 1 uşaq yorğan döşəyi-20 manat, 7 döşək-100 manat, 7 yorğan-70 manat, 4 yun balış-40 manat, 6 tük balış-70 manat, 5 yastıq-20 manat, 20 uzunça-50 manat, 3 xalça, 2 balaca, bir böyük-200 manat, 2 doroşka-15 manat, 1 linonium-20 manat, 1 yer palazı-10 manat, soyuducu-650 manat, televizor- 150 manat, 4 kisə yun-20 manat, 2 yun adyal-10 manat, 3 pambıq adyal-15 manat, 2 miz stol-10 manat, 1 oturacaq stul-6 manat, 3 plasmas vanna-10 manat, 1 dəmir vanna-10 manat, 1 saat, 1 güzgü-20 manat, 48 ədəd qəndqabı-10 manat, 60 nəlbəki, 72 stəkan-40 manat, 12 su stəkanı-10 manat, 12 xrustal stəkan-30 manat, 12 nəlbəki, 1 ləpə qabı-20 manat, 2 fincan, 1 şotka-3 manat, 10 boşqab, 10 çəngəl-10 manat, 4 böyük, 12 balaca bıçaq-10 manat, 2 dəmir çatpayı-30 manat, 1 böyük qaz balonu-20 manat, 1 güzgü-10 manat, 1 dördgöz qaz, pletka-30 manat, 1 uşaq velosipeti-10 manat, 3 plasmas vedrə-5 manat, 4 dəmir vedrə-10 manat, 2 plasmas su boçkası-10 manat, 2 plasmas çəllək un qabı-5 manat, 6 plasmas vedrə-1 manat, 6 tutma boçkası-1 manat, 1 böyük plasmas vedrə-1 manat, 5 padnos, 1 aşsüzən- 3 manat, 2 təknə, 1 oxlov, 1 ələk-5 manat, 1 polsilən-1 manat, 1 ət taxtası, bir balta-3 manat, 1 ev süpürgəsi, bir ev şotkası-2 manat, 2 balaca tava və 1 böyük tava-3 manat, 4 pərdə və 1 çarpayı üzlüyü-15 manat, 2 çarpayı altlığı 2 manat, 5 yorğan çexolu, 7 döşək prostinası-15 manat, 7 balış çexolu, 1 adyal uşaq üçün-10 manat, 7 əl-üz dəsmalı, 7 çay dəsmalı-20 manat, 5 torba paltar və 3 yeşik paltar-136 manat, 4 metr cüt süfrə, 2 metr klyonka süfrə-7 manat, 6 metr klyonka süfrə-10 manat, 2 qətvə, 1 paltar ütüsü-20 manat, 1 elektrik ət maşını və bir əllə ətmaşını- 30 manat, 1 çörəkbişirən və 1 dolmabükən maşın-30 manat cəmi 3000 manat ibarətdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, həmin əmlakları hazırda yoldaşı ilə yaşadığı evdədir. Toyları olmadığından cehizlərinin şəkilləri və ya videoları yoxdur. Buna görə də məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, iddiaçı iddia ərizəsində qeyd edilən qədər əmlak gətirməyib. İddiaçının hazırda onlarda olan əmlakları xəmir vannası-1 ədəd, stəkan yuyulan-2 ədəd, balaca-1 ədəd, ələk-1 ədəd, çay süzən-1 ədəd, ətmaşını tok-1 ədəd, vedrə dəmir-2 ədəd böyük, balaca- 1ədəd, vedrə kapron-3 ədəd, gügüm-1 ədəd, fincan-2 ədəd, dolma bükən-1ədəd, kapron vanna-2 ədəd, dəmir vanna-1 ədəd, televizor-1 ədəd, balaca kapron qab-1 ədəd, bıçaq-1 ədəd, kartoşka soyan 1 ədəd, termuz-2 ədəd, tük balışı-6 ədəd, palaz-1 ədəd, daroşka-1 ədəd, yorğan-4 ədəd, döşək- 4 ədəd, balış yun-4 ədəd, soyuducu-1 ədəd, podnis-2 ədəd, tava dəmir-1 ədəd, qazan alminium-1 ədəd, polsilən-1ədəd, xalça şotkası-1 ədəd, zibil götürən-1 ədəd, saat-1 ədəd, velosipet-1 ədəd, emursiya vedrəsi-5 ədəd, oxlov-1 ədəd, təknə-1 ədəd, kapron vedrə qapaqlı-1 ədəd, çarpayı-1 ədəd, uşaq yorğanı-1 ədəd, linonim-1 ədəd, qaz balonu-1 ədəd, sac-1 ədəd, palatka-1 ədəd, ətçəkən maşın əlnən-1 ədəd ibarətdir ki, həmin əmlaklarında istənilən vaxt gəlib aparmasına etirazı yoxdur. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ № 853445 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah xx.xx.2013-cü il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 166 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən X5 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİİ № 398663 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Şamaxı rayonunda doğulmuşdur. X1, anası İddiaçıdır. İddiaçı iddia ərizəsində cehiz əşylarının cavabdehdən alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddiaçı həmin əmlakın mövcudluğuna və hər birinin ayrı-ayrılıqda dəyərində dair məhkəməyə sübut təqdim etməsə də, cavabdeh məhkəməyə ünvanladılğı ərizədə iddia tələbində sadalanan cehiz əmlakların mövcudluğunu və hazırda cavabdehin yaşadığı mənzildə saxlanıldığını etiraf etmiş və həmin cehiz əşyalarının İddiaçı qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, iddia həmin hissədə təmin olunmalı, İddiaçı tələb etdiyi cehiz əşyaları cavabdehdən alınaraq ona qaytarılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq göstərilən əşyalardan hər hansı mövcud olmasa onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh bir ədəd xəmir tası-5 manat, 2 ədəd plasmas qab yuyulan-3 manat, 1 palatka-30 manat, 1 elektrik ət maşını və bir əllə ətmaşını- 30 manat, 1 uşaq velosipeti-10 manat, 2 termos-20 manat, 1 uşaq yorğan döşəyi-20 manat, 1 dolmabükən maşın-30 manat, 1 polsilən-1 manat, bir ədəd soyuducu-650 manat, 1 ədəd televizor-150 manat, 1 ədəd aliminium qazan, 1 linonium-20 manat, 1 təknə, 1 oxlov, 1 ələk, bir sac-20 manat, 4 döşək, 4 yorğan, 4 yun balış-40 manat, bir ədəd doroşka, 6 tük balış-70 manat, 1 yer palazı-10 manat, 1 böyük qaz balonu-20 manat, 2 padnos, 1 ədəd tava, 1 qəfədan, 2 plasmas vanna, 1 dəmir vanna-10 manat, 1 ədəd saat, 2 ədəd fincan, 1 ədəd bıçaq, 1 ədəd çarpayı, 3 ədəd dəmir vedrə-iki böyük bir balaca, 3 plasmas vedrə-5 manat, 1 plasmas çəllək un qabı, 5 plasmas vedrə, 1 böyük plasmas vedrə-1 manat, bir ev şotkası- 2 manat olan əmlaklar və ya göstərilən əmlaklar olmadıqda onların dəyəri alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar