Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1203/2021 21.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 , Əliyeva Hicran Rasim qızı və Cavabdeh3 qarşı alınmış pulun qaytarılması və öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 , Əliyeva Hicran Rasim qızı və Cavabdeh3 qarşı alınmış pulun qaytarılması və öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə iddia qaldıraraq,cavabdehlərdən 9500 manat pulun, 7700 manat əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınaraq ona veirlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Tərəflərin gəlməmələrinin səbəbləri barədə məlumat məhkəməyə daxil olmamışdır. Buna görə də, məhkəmə onların məhkəmə baxışı iclasına gəlməmələrini üzürlü kimi qiymətləndirməmişdir. Odur ki, məhkəmə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə Azərbaycan Respublikasının MPM-in 259.0.6-cı maddəsinə əsasən ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3k oğlu, Cavabdeh4, Əliyeva Hicran Rasim qızı və Cavabdeh3 qarşı alınmış pulun qaytarılması və öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrliik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1203/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1203/2021
21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver