Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-122/2025 04.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: Cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əsasən, Cavabdeh Konstontinoviç tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin noyabr ayının ortalarından sonuna kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən faktiki olaraq İddiaçı icarəsində olmaqla gələcəkdə istirahət mərkəzi kimi işlədilməsi nəzərdə tutulan əraziyə gəldikdən sonra həmin ərazidəki saxlanc yeri olan vaqonun qapısını açmaqla qanunsuz daxil olaraq oradan - hər biri 2.5 (iki tam onda beş) metr uzunluqda 50-63 santimetr diametrli, hər bir metri 6.50 (altı manat əlli qəpik) manat dəyərində SSRİ istehsalı 500 (beş yüz) ədəd dəmir borunu (turba), 32 millimetr diametrli rezin materialından, hərmetri 05 (beş) manat dəyərində olan 300 (üç yüz) metr uzunluğunda su şlanqını, Almaniya istehsalı, mühərrikli 2800 (iki min səkkiz yüz) manat dəyərində olan 01 (bir) ədəd çalaqazan aparatı, “STEEL” markalı, Almaniya istehsalı, mühərrikli 700 (yeddi yüz) manat dəyərində olan 01 (bir) ədəd odundoğrayanı (matapila), 10 millimetr diametrli, 01 (bir) bükümdə hər metri 0.65 (altmış beş qəpik) manat dəyərində olan 5000 (beş min) metr uzunluğunda trosu, 150 millimetr diametrli paslanmayan materialdan hər biri 150 (yüz əlli) manat dəyərində olan 04 (dörd) ədəd su kranını, 100 millimetr diametrli paslanmayan materialdan hər biri 100 (yüz) manat dəyərində olan 05 (beş) ədəd su kranını, 40 millimetr diametrli paslanmayan materialdan hər biri 50 (əlli) manat dəyərində olan 10 (on) ədəd su kranını, “MOSA” markalı, İtaliya istehsalı, benzin yanacağı ilə işləyən 4500 (dörd min beş yüz) manat dəyərində olan 01 (bir) ədəd 6,5 (altı tam onda beş) kilovatlıq işıq generatorunu, dəmir materialından 03 (üç) metr uzunluğunda 50 (əlli) manat dəyərində olan 01 (bir) ədəd nərdivanı, şişburun formalı Almaniya istehsalı, hər biri 30 (otuz) manat dəyərində olan 10 (on) ədəd beli (lapatka), Almaniya istehsalı, əl ilə (ruçnoy) işləyən hər biri 150 (yüz) manat dəyərində olan 02 (iki) ədəd toxumsəpəni, Almaniya istehsalı hər biri 50 (əlli) manat dəyərində olan 04 (dörd) ədəd bağ kərkisini, Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 120 (yüz iyirmi) manat dəyərində olan 01 (bir) ədəd çalaqazanı, Almaniya istehsalı 80 (səksən) manat dəyərində olan 01 (bir) ədəd dəmir yabanı, İsrail istehsalı 25 millimetr diametrli yanmayan materialdan üç xətli (jilalı) hər metri 06 (altı) manat dəyərində olan 200 (iki yüz) metr uzunluğunda işıq kabelini, SSRİ istehsalı 2000 (iki min) manat dəyərində olan 01 (bir) ədəd talı (buksur üçün), Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 140 (yüz qırx) manat dəyərində olan 01 (bir) ədəd toxumsəpən beli, əl ilə yığılmış 300 (üç yüz) manat dəyərində olan 01 (bir) ədəd manqal üstü odun sobasını, hər biri 200 (iki yüz) manat dəyərində olan 02 (iki) ədəd dəmir materialdan manqalı, SSRİ istehsalı hər biri 25 (iyirmi beş) manat dəyərində olan 02 (iki) ədəd baltanı, latun materialından 8-10 litr tutumlu hər biri 250 (iki yüz əlli) manat dəyərində olan 02 (iki) ədəd samovar-çaynik dəstini, hər biri 10 (on) manat dəyərində olan 02 (iki) ədəd qaz açarını, hər biri 05 (beş) manat dəyərində olan 02 (iki) ədəd çəkici, hər biri 06 (altı) manat dəyərində olan 02 (iki) ədəd kəlbətini, hər biri 01 (bir) manat dəyərində olan 36 (otuz altı) ədəd kabab üçün şişləri, 05 (beş) manat dəyərində olan ağac budamaq üçün 01 (bir) ədəd qayçını, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd bıçaq itiləmə alətini, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd dəmir fırçanı, hər biri 01 (bir) manat dəyərində olan su kranı üçün 02 (iki) ədəd başlığı gizli olaraq oğurlayıb aparmaqla, zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışdır. Şamaxı Rayon Məhkəməsinin 1(074)-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməyərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 1(074)-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1140/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməyərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən talanmış əmlaklarının dəyəri olan 28204 manat məbləğində vurulmuş zərərin əvəzinin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonunun Əsrik kəndində qeydiyyatdadır və Kəlbəcər rayonundan məcburi köçkündür. Şamaxı rayonunun Çuxuryud kəndində məskunlaşmışdır. Şamaxı rayonu, Çuxuryurd kənd sakini Cavabdeh 2021-ci ilin noyabr ayında Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisindəki vaqondan ona məxsus hər biri 2,5 m uzunluğunda, 50-63 sm diametrli, hər bir metri 6,50 manat dəyərində SSRİ istehsalı 500 ədəd dəmir borunu (turba), 32 mm diametrli rezin materiallarından, hər metri 05 manat dəyərində olan 300 metr uzunluğunda su şlanqını, Almaniya istehsalı, mühərriki 288 manat dəyərində olan 1 ədəd çalaqazan aparatı, ”STEEL”markalı, Almaniya istehsalı mühərriki 700 manat dəyərində olan 1 ədəd odundoğrayanı (motopila), 10 mm diametrli, 1 bükümdə, hər metri 0,65 (altmış beş qəpik) manat dəyərində olan 5000 (beş min) metr uzunluğunda trosu,150 mm diametrli paslanmayan materialdan hər biri 150 manat dəyərində olan 4 ədəd su kranını, 100 mm diametrli paslanmayan materialdan hər biri 100 manat dəyərində olan 5 ədəd su kranını, 40 mm diametri olan paslanmayan materialdan hər biri 50 manat dəyərində olan 10 ədəd su kranını,”MOSA” markalı İtaliya istehsalı benzin yanacağı ilə işləyən 4500 (dörd min beş yüz) manat dəyərində olan 1 ədəd 6,5 kilovatlıq işıq generatorunu, dəmir materialdan 3 metr uzunluğunda 50 manat dəyərində olan 1 ədəd nərdivanı, şişburun formalı Almaniya istehsalı, hər biri 30 manat dəyərində olan 10 ədəd beli (lopatka), Almaniya istehsalı əl ilə işləyən, hər biri 150 manat dəyərində olan 2 ədəd toxumsəpəni, Almaniya istehsalı olan, hər biri 50 manat dəyərində olan 4 ədəd kərkini, Almaniya istehsalı, əl ilə işləyən 120 manat dəyərində olan 1 ədəd çalaqazanı, Almaniya istehsalı, 80 manat dəyərində 1 ədəd dəmir yabanı, İsrail istehsalı 25 mm diametrli yanmayan materialdan 3 xəttli, hər metri 6 manat dəyərində olan 200 metr uzunluğunda işıq kabelini, SSRİ istehsalı 2000 (iki min) manat dəyərində 1 ədəd tah (buksir üçün) Almaniya istehsalı əl ilə işləyən 140 manat dəyərində toxumsəpən beli, əl ilə yığılmış, 300 manat dəyərində 1 ədəd manqalüstü odun sobasının, hər biri 200 manat dəyərində, 2 ədəd dəmir materialdan manqalı, SSRİ istehsalı, hər biri 25 manat olan 2 ədəd baltanı, latun materialından 8-10 litr tutumlu hər biri 250 manat dəyərində olan 2 ədəd samovar-çaynik dəstini, hər biri 10 manat dəyərində olan 2 ədəd qaz açarını, hər biri 5 manat dəyərində olan 2 ədəd çəkici, hər biri 6 manat dəyərində olan 2 ədəd kəlbətini, hər biri 1 manat dəyərində olan 36 ədəd kabab üçün şişləri, 5 manat dəyərində olan ağac budamaq üçün 1 ədəd qayçını, 2 manat dəyərində olan 1 ədəd bıçaq itiləmə alətini, 2 manat dəyərində olan 1 ədəd dəmir fırçanı, hər biri 1 manat dəyərində olan su kranı üçün 2 ədəd başlığı gizli olaraq oğurlayıb aparmaqla, ona cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində əmlakını talayaraq, maddi ziyan vurmuşdur. Ona dəymiş həmin ziyanı dəfələrlə Cavabdeh tələb etsə də, ziyanı ödəməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, məhkəmə prosesləri zamanı mülki iddia qaldırmamışdır. Güman etmişdir ki, təqsirkar şəxs məhkəmə zamanı könüllü olaraq ona dəymiş zərəri ödəyəcəkdir. Lakin əksinə, həmin şəxs özünü təqsirli hesab etməyərək, hökmdən apellyasiya, sonra isə kassasiya şikayəti vermişdir. Buna baxmayaraq, hər iki instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, cavabdeh iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, o, heç bir əmlakı oğurlamamış, oğurluq etməsi sübut edilməmiş və bu səbəbdən, iddianı əsassız hesab edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən, məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşə baxan məhkəmənin mövqeyi: İşin araşdırılmış hallarından göründüyü kimi, Cavabdeh İddiaçı aid əraziyə qanunsuz daxil olaraq, tamah niyyəti ilə 28204 manat məbləğində əmlakını talamaqla, iddiaçıya ziyan vurmuşdur. Cavabdeh törətdiyi cinayət əməlinə görə məhkəmə hökmü ilə məhkum edilmiş və hazırda iddiaçı mülki mühakimə icraatı qaydasında cavabdehdən cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edildiyindən, iddiaçının həmin şəxsə qarşı 28204 manat pul tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, İddiaçı məcburi köçkündür, Cavabdeh isə Vətən müharibəsi iştirakçısı olaraq İİİ qrup əlildir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 28204 manat məbləğində pul alınaraq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 28204 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-122/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-122/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver