Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1222/2021 02.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2548.07 manat əsas borc, 10.48 manat faiz borcu və 26.69 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2585.24 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 19.12.2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahat verib göstərdi ki, Cavabdeh1 19.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2711.13 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 19.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17.09.2021-dək Cavabdeh1nun banka 19.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2548.07 manat əsas borc, 10.48 manat faiz borcu və 26.69 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2585.24 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmsını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 19 dekabr 2019-cu il tarixli problemli kreditlərin restruktirizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri sənədindən və 23-M-1-0-987-14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 5 il müddətinə illik 1 faizlə 2711,13 manat məblğində kredit verilmişdir. İş materillarında olan 19 dekabr 2019-cu il tarixli 23-M-1-0-987-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etmək üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı Yelo Bank ASC-yə 2548.07 manat əsas borc, 10.48 manat faiz borcu və 26.69 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2585.24 manat borcu vardır. İş materiallarında olan 06 sentybr 2021-ci il tarixli KBD/4436 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 19 dekabr 2019-cu il tarixli 23-M-1-0-987-14 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 23-M-1-0-987-14 saylı kredit müqaviləsini ilə Cavabdeh1 5 il müddətinə illik 1 faizlə 2711,13 manat məblğində kredit verilmişdir. Cavabdeh1 kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etmək üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Cavabdeh1 iddiaçı Yelo BANk ASC-yə 2548.07 manat əsas borc, 10.48 manat faiz borcu və 26.69 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2585.24 manat borcu vardır. Cavabdeh1 19 dekabr 2019-cu il tarixli 23-M-1-0-987-14 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilsədə borcunu ödəməkdən boyun qaçıdır. Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2548.07 manat əsas borc, 10.48 manat faiz borcu və 26.69 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2585.24 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı və Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 19.12.2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2548.07 manat əsas borc, 10.48 manat faiz borcu və 26.69 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2585.24 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 19.12.2019-cu il tarixli kredit müqaviləsini ləğv edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1222/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1222/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver