Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1223/2021 13.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, cavabdeh Cavabdeh1 iştirakı ilə, iddiaçı Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı borcun tutulmasına dir iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Yelo Bank ASC-nin xeyrinə 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3303,53 manat əsas borc, 9,22 manat faiz borcu və 6,4 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3319,15 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3685,38 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 08 noyabr 2019-cu il tarixi zaminlik müqaviləsi bağlanmışdır. 23 noyabr 2020-ci il tarli əlavə sazişə əsasən kreditin qaytarılmas müddəti 30 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24 sentyabr 2021-ci ilədək Cavabdeh1 banka 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3303,53 manat əsas borc, 9,22 manat faiz borcu və 6,4 manat cərimə borcu olmaqla ümumilikdə 3319,15 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Yelo Bank ASC-nin xeyrinə 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3303,53 manat əsas borc, 9,22 manat faiz borcu və 6,4 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3319,15 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahat verib göstərdi ki, 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə bankın iddia ərizəsində göstərdiyi məbləğ həqiqəti əks etdirmir, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada icra etmişdir. 12 oktyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, 475 manat və 79 manat ödəni etmişdir. Hazırkı dövrə banka gecikdiirlmiş hər hansı borcu yoxdur. Belə ki, 12 oktyabr 2021-ci il tarixdə 475 manat, 12 oktyabr 2021-ci il tarixdə yenidən 79 manat və 09 dekabr 2021-ci il tarixdə 100 manat ödəniş etmişdir. Məhkəməyə mədaxil qəbzlərini təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəməyə gəlməmişdir. X1 ASC-nin nümayəndəsi İsa Hacıyev məhkəməyə teleqram göndərərək hazırkı mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümükn hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri sənədindən görünür ki, Cavabdeh1 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3685,38 manat kredit götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 08 noyabr 2019-cu il tarixi zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 3303,53 manat, faiz borcu üzrə 9,22 manat, cərimə borcu üzrə 6,4 manat cəmi 339,15 manat borcu vardır. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Yelo Bank ASC tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunması üçün 30,40 manat dövlər rüsumu ödənilmişdir. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli KBD 15172 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclarını 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən Yelo Bank ASC-yə 475 manat, 12 oktyabr 2021-ci il tarixdə 79 manat və 09 dekabr 2021-ci il tarixdə 100 manat ödəniş olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3685,38 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 08 noyabr 2019-cu il tarixi zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə 10 sentyabr 2021-ci il tarixdə xəbərdarlıq göndərilərək borclarını 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilsə də cavabdehlər borcu ödəməmişlər. İş məhəmənin icraatında olarkən Cavabdeh1 tərəfindən 12 oktyabr 2021-ci il tarixdə Yelo Bank ASC-yə 475 manat, 12 oktyabr 2021-ci il tarixdə 79 manat və 09 dekabr 2021-ci il tarixdə 100 manat olmaqla cəmi 654 manat ödəniş olunmuşdur. Həmin məbləğ əsas borcdan çıxıldıqdan sonra hal-hazırda cavabdehlərin banka olan borcu-2649,53 manat əsas, 9,22 manat faiz və 6,4 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2665,15 manat təşkil edir. Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Yelo Bank ASC-nin xeyrinə 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2649,53 manat əsas borc, 9,22 manat faiz borcu və 6,4 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2665,15 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Yelo Bank ASC-nin xeyrinə 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2649,53 manat əsas borc, 9,22 manat faiz borcu və 6,4 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2665,15 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh1 ilə YeloBank ASC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1223/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1223/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver