Məhkəmə qərarları › İş №2(074)-1224/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1224/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1224/2021 02.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 3757.63 manat əsas borc, ”03.93 manat faiz borcu və kredit müqaviləsi üzrə 25.07.2021-ci il tarixdən, 28.09.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5(beş) faizlə hesablanmış 31.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4493.01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahat verib göstərdi ki, Cavabdeh1 28.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 12 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 28.02.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 25 avqust 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 25.04.2021-ci il tarixədək, 28 dekabr 2020-ci il tarixli əlavə sazişə əsasən 25.07.2021 -ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28.09.2021-dək Cavabdeh1 banka 28.02.2020 il tarixli kredit müqaviləsi İzrə 3757.63 AZN əsas borc, 703.93 AZN faiz borcu və kredit müqaviləsi üzrə 25.07.2021 il tarixdən 28.09.2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 31.45 AZN Tnəciəğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4493.01 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 3757.63 manat əsas borc, ”03.93 manat faiz borcu və kredit müqaviləsi üzrə 25.07.2021-ci il tarixdən, 28.09.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 31.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4493.01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün cavabdehlərin ünvanına göndərilən zərflərin üzərində “köçüb” və bu “ünvanda yaşamır” yazılaraq geri qaytarılmışdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli 4-MZ-1-0-1352-20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Beyruz oğluna Nikoyl İKB ASC tərəfindən illik 25 faizlə 12 ay müddətinə 5000 manat kredit verilmişdir. İş materillarında olan 28 fevral 2020-ci il tarixli 4-MZ-1-0-1352-20 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etmək üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Yelo Bank ASC-yə 3757.63 manat əsas borc, 703.93 manat faiz borcu və kredit müqaviləsi üzrə 25.07.2021-ci il tarixdən, 28.09.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 31.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4493.01 manat borcu vardır. İş materiallarında olan 10 sentybr 2021-ci il tarixli KBD/5173 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28 fevral 2020-ci il tarixli 4-MZ-1-0-1352-20 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 28 fevral 2020-ci il tarixli 4-MZ-1-0- 1352-20 saylı kredit müqaviləsinə əsaəsn Cavabdeh1 Beyruz oğluna Nikoyl İKB ASC tərəfindən illik 25 fizlə 12 ay müddətinə 5000 manat kredit verilmişdir. Cavabdeh1 kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etmək üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. 28 sentyabr 2021-ci il tarixə Cavabdeh1 Yelo Bank ASC-yə 3757.63 manat əsas borc, 703.93 manat faiz borcu və kredit müqaviləsi üzrə 25.07.2021-ci il tarixdən, 28.09.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 31.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4493.01 manat borcu vardır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28 fevral 2020-ci il tarixli 4-MZ-1-0-1352-20 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilsədə banka olan borcunu ödəməkdən boyun qaçırırlar. Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Yelo Bank ASC-nin xeyrinə 28.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 3757.63 manat əsas borc, 703.93 manat faiz borcu və kredit müqaviləsi üzrə 25.07.2021-ci il tarixdən, 28.09.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 31.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4493.01 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Yelo Bank ASC-nin xeyrinə 28.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 3757.63 manat əsas borc, 703.93 manat faiz borcu və kredit müqaviləsi üzrə 25.07.2021-ci il tarixdən, 28.09.2021ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 31.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4493.01 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar