Məhkəmə qərarları › İş №2(074)-1225/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1225/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1225/2021 01.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən, Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, iddiaçı X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı X1 Səhmdar Cəmiyyətinin məhkəmə orqanları ilə iş şöbəsinin müdiri İsa Hacıyev Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yelo Bnk ASC-nin xeyrinə 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 595,21 manat əsas borc, 9,25 manat faiz borcu və 59,59 manat cərimə olmaqla ümumilikdə cəmi 664,04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tuutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qəzbdən məlum olur ki, iddiaçının Şamaxı rayon Məhkəməsinin hesabına ödədiyi ********* saylı mədaxil qəbzindən istifadə olunmuşdur. Belə ki, Elektron məhkəmə sistemi həmin qəbzdən istifadə olunduğunu göstərmişdir. Belə olan halda müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan 10 gün müddətində Şamaxı rayon məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar