Məhkəmə qərarları › İş №2(074)-1229/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1229/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1229/2021 15.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə iddiaçı ExpressBank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ExpressBank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 79.27 manat məbləğində əsas borc, 93.02 manat məbləğində faiz borcu olmaqla, cəmi 7872 manat borcun və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırırlmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 08 iyul 2019 il tarixli, 100821- 195585/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 7779.27 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 08 iyul 2019 il tarixli, 100821-195585/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 06 sentyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7779.27 manat məbləğində əsas borc, 93.02 manat məbləğində faiz borcu olmaqla, cəmi 7872.29 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin 4.4.1-ci və 5.2ci bəndlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Zaminlik müqaviləsinin 3.4.1-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin oorcalan tərəfindən icra olunmasına, o cümlədən öhdəliklərin icra olunmaması halında oorcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, cavabdehlər krediti müqaviləsi üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirmədiyindən nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 79.27 manat məbləğində əsas borc, 93.02 manat məbləğində faiz borcu olmaqla, cəmi 7872,29 manat borcun və 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişdir. İddiaçı Exspressbank ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək hazırkı mülki ilə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 08 iyul 2019 il tarixli, 100821-195585/10 nömrəli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 7779,27 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08 iyul 2019 il tarixli, 100821-195585/10 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. O, 08 iyul 2019 il tarixli, 100821-195585/10 nömrəli güzəştli kredit müqaviləsinin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə borclalan Cavabdeh1 ilə birlikdə öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarilxi maliyyə arayışından görünür ki, Cavabdeh1 06 sentyabr 2021-ci il tarixə borcalanın Banka 7779,27 manat əsas borcu və 93,02 manat faiz borcu olmaqla cəmi 7877,29 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 427 gün təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, borclular Cavabdeh1 və Cavabdeh2 borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarilxi mədaxil qəbzindən görünür ki, ExpressBank ASC tərəfindən 30,40 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 08 iyul 2019 il tarixli, 100821-195585/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 7779.27 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 08 iyul 2019 il tarixli, 100821-195585/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Öhdəliklərin yerinə yetirilməməsi nəticəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 79.27 manat məbləğində əsas borc, 93.02 manat məbləğində faiz borcu olmaqla, cəmi 7872,29 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən 30,4 manat məbləğində dövlət rüsumu ödənimişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ExpressBank ASC-nin xeyrinə 7779.27 manat məbləğində əsas borc, 93.02 manat məbləğində faiz borcu olmaqla, cəmi 7872,29 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7779.27 manat məbləğində əsas borc, 93.02 manat məbləğində faiz borcu olmaqla, cəmi 7872,29 manat borc və 30,4 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar