Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1233/2025 29.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat vəsaitin Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin X1ndəki müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)- 52/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə “Attenti” markalı 35639754 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə icra məmuru tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş “Attenti” markalı 35639754 nömrəli mobil nəzarət qurğusunu nasaz vəziyyətə saldığından qurğusu təhvil alınmışdır və izahatında mobil nəzarət vasitəsini bilə-bilə nasaz vəziyyətə saldığını, elektron qolbağın qoruyucu kəməri (klipsi) bilə-bilə açdığını, sonradan yapışkan (super kley) ilə bağladığını etiraf etmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Məhkum Cavabdeh izahatı alınarkən elektron nəzarət vasitəsinin dəyərinin 2277,40 manat məbləğində pulun (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) müvafiq bank hesabına ödənilməsi təklif olunsa da, hazıradək vurulmuş zərərin imkanı olmadığından ödəyə bilməyəcəyini bildirmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş (və ya itirilmiş) və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, elektron nəzarət vasitəsi ondan asılı olmayan səbəbdən yarasız vəziyyətə düşüb. Belə ki, o, yaşadığı kənddən Şamaxı şəhərinə gəlmək üçün çaydan keçəməlidir. Həmin vaxt çayda su çox olmuş və qurğu çaydan keçərkən yararsız vəziyyətə düşmüş və bunu icra məmuruna bildirib. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 1(074)- 31/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2(iki) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 8 (səkkiz) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona 3 (üç) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh 09 fevral 2024-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 21 fevral 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 2(iki) ay 26(iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 5 (beş) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi, cəzanın icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzasının əvvəli hökmün elan olunduğu andan, yəni 23 oktyabr 2024-cü il tarixdən hesablanması, Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin böyük icra məmuru Nümayəndə xx.xx.2025-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə protokola əsasən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilmiş Cavabdeh elektron qurğularını yoxlayan zaman elektron qolbağını açdığını və sonradan yapışqan ilə bağladığı tərəfindən müəyyən edilib. İş materiallarında olan Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin arayışından görünür ki, “ATTENTİ” markalı mobil nəzarət qurğusu, xüsusi proqram təminatı ilə birlikdə qiyməti 2277,40 manat təşkil edir. Beləliklə işin araşdırılmış hallarından müəyyən olundu ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 1(074)- 31/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2(iki) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 8 (səkkiz) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona 3 (üç) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh 09 fevral 2024-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 21 fevral 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 2(iki) ay 26(iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 5 (beş) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi, cəzanın icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzasının əvvəli hökmün elan olunduğu andan, yəni 23 oktyabr 2024-cü il tarixdən hesablanması, Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması hökm edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata götürülərək böyük icra məmuru Nümayəndə və məhkumun özünün iştirakı ilə məhkuma 1 ədəd "ATTENTİ” markalı elektron nəzarət komplekti: 1 ədəd sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adapteri, proqram lisenziyası təhvil verilib və istifadə qaydaları izah olunmuşdur. Cavabdeh təhvil verilmiş ENV-ni yararsız vəziyyətə salması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat pul vəsaitinin tutularaq X1 Kod: 210005 VÖEN: **********, müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T:CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************, VÖEN: **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2277,40 manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1ndə müvafiq hesabına (X1 Kod:210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ50CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1233/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1233/2025
29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver