Məhkəmə qərarları › İş №2(074)-1237/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1237/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1237/2022 24.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 06 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 161.11 manat əsas borc, 7.94 manat faiz borcu, 10.46 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 183.51 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 06 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana 06 aprel 2021-ci il tarixli müqavilədn görünür ki, kredit biznes məqsədilə verilmişdir. İnternet Vergi İdarəsi portalından araşdırmadan məlum olur ki, Cavabdeh1 ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 4 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırkı iddiası tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisə kimi kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələrə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, mövcud iddiaya məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olduğundan, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Şamxı Rayon Məhkəməsində baxılmalı olmadığından, hazırkı iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 9********) büdcə təsnifat kodu 142211 olan 30 manat rüsum "xxxx" ASC-yə (VÖEN **********) geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şamaxı Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 9********) büdcə təsnifat kodu 142211 olan 30 manat rüsum "xxxx" ASC-yə (VÖEN **********) qaytarılsın Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar