Məhkəmə qərarları › İş №2(074)-1243/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1243/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1243/2021 20.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Rabitəbank ASC-nin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələbə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rabitəbank ASC Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələbə dair iddia qaldıraraq, Cavabdeh 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə kreditə görə 578,58 manat əsas, faiz borcuna görə 32,07 manat, cərimə borcuna görə 180,42 manat, borcun cəmi məbləği 791,07 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 19,3 qram olan 585 əyarlı 1 ədəd qarnitur, çəkisi 5,38 qram olan 585 əyarlı sep, çəkisi 2,1 qram olan 585 əyarlı qolbaq, çəkisi 5,78 qram olan 585 əyarlı 1 ədəd kişi üzüyü, çəkisi 9,1 qram olan 585 əyarlı 3 ədəd üzüklərin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh oğunun 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 791,07 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi və girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş və sair qeyd olunan 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rabitəbank ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış 12.10.2020-ci il tarixli, SMLMB-4584 saylı kredit müqaviləsinə əsasən illik 29 % dərəcəsi olmaqla 12 ay müddətinə 1500 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). 12.10.2020-ci il tarixli, SMLMB-4584 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdehnm 12.10.2020-ci il sarixli, SMLMB-4584 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 578,58 manat əsas, faiz borcuna görə 32,07 manat, cərimə borcuna görə 180,42 manat, borcun cəmi məbləği "91,07 manat təşkil edir. 12.10.2020- ci il tarixli, SMLMB-4584 saylı kredit müqaviləsindən irəli gələn hdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 12.10.2020-ci il tarixli, SMLMB-4584 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Məhkəmədən Cavabdeh 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə kreditə görə 578,58 manat əsas, faiz borcuna görə 32,07 manat, cərimə borcuna görə 180,42 manat, borcun cəmi məbləği 791,07 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 19,3 qram olan 585 əyarlı 1 ədəd qarnitur, çəkisi 5,38 qram olan 585 əyarlı sep, çəkisi 2,1 qram olan 585 əyarlı qolbaq, çəkisi 5,78 qram olan 585 əyarlı 1 ədəd kişi üzüyü, çəkisi 9,1 qram olan 585 əyarlı 3 ədəd üzüklərin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh oğunun 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 791,07 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi və girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş və sair qeyd olunan 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəəməyə gəlməmişdir. İddaçı Rabitəbank ASC-nin nümayəndəsi Yeganə İsgəndərova məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilıməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarxli SMLMB-4584 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh Əlkazım oğluna illik 29 % dərəcəsi olmaqla 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12 oktaybr 2020-ci il tarixli saxlanc girovu haqqında SMLMB- 4584 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh kreditin təminatı olaraq çəkisi 19,3 qram olan 585 əyarlı 1 ədəd qarnitur, çəkisi 5,38 qram olan 585 əyarlı sep, çəkisi 2,1 qram olan 585 əyarlı qolbaq, çəkisi 5,78 qram olan 585 əyarlı 1 ədəd kişi üzüyü, çəkisi 9,1 qram olan 585 əyarlı 3 ədəd üzükləri banka girov qoymuşdur. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli saxlanc girovunun qiymətləndiurilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, çəkisi 19,3 qram olan 585 əyarlı 1 ədəd qarnitur, çəkisi 5,38 qram olan 585 əyarlı sep, çəkisi 2,1 qram olan 585 əyarlı qolbaq, çəkisi 5,78 qram olan 585 əyarlı 1 ədəd kişi üzüyü, çəkisi 9,1 qram olan 585 əyarlı 3 ədəd üzüklər təhvil verilmişdir. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli razılıq ərizəsindən görünür ki, Tapdıqov X1 ASC-dən götürdüyü 1500 manat kreditin təmiantı olaraq gorov qoyduğu qızılzinət əşyalarının bankdaxili qiymətləndirilib, bankdaxili satılmasına etirazı olmadığını bildirmişdir. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli RB02/PK-7714 saylı arayışdan görünür ki, Cavabdeh 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı müqaviləsi üzrə 21 sentyabr 2021-ci il tarixinə 578,58 manat əsas borc, 32,07 manat faiz borcu, 180,42 manat cərimə borcu olmaqla 791,07 manat borcu vardır. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Rabirəbank ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli 12-02/178 saylı bildirşdən görünür ki, Rabitəbank ASC tərəfindən Cavabdeh oğluna 12 oktyabr 2020-ci il tarixli SMLMB- 4584 saylı kredit müqaviləsinə əsasən banka olan kredit borcunu ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilmiş, əks halda qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçı Rabitəbank ASC-dən 1500 manat məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi bankla Cavabdeh arasında saxlanc girovu müqaviləsi bağlanmış və Cavabdeh özünə məxsus qızıl-zinət əşyaları banka girov qoymuşdur. Bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh banka 21 sentyabr 2021-ci il tarixinə 578,58 manat əsas borc, 32,07 manat faiz borcu, 180,42 manat cərimə borcu olmaqla 791,07 manat borcu vardır. İddiaçı iddia ərizəsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 180,42 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 180,42 manat məbləğində cərimə pulu deyil, 30 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh digər əmlakına yönəldilməsi hissəsində qeyd edir ki, həmin hissədə tələb qeyri müəyyən olduğundan əsassızdır və rədd edilməlidir. Qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə kreditə görə 578,58 manat əsas, faiz borcuna görə 32,07 manat, cərimə borcuna görə 30 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 19,3 qram olan 585 əyarlı 1 ədəd qarnitur, çəkisi 5,38 qram olan 585 əyarlı sep, çəkisi 2,1 qram olan 585 əyarlı qolbaq, çəkisi 5,78 qram olan 585 əyarlı 1 ədəd kişi üzüyü, çəkisi 9,1 qram olan 585 əyarlı 3 ədəd üzüklərin hərracda satılmalıı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh oğunun 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 640,65 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul hesabına ödənilməlidir, iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə kreditə görə 578,58 manat əsas, faiz borcuna görə 32,07 manat, cərimə borcuna görə 30 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 19,3 qram olan 585 əyarlı 1 ədəd qarnitur, çəkisi 5,38 qram olan 585 əyarlı sep, çəkisi 2,1 qram olan 585 əyarlı qolbaq, çəkisi 5,78 qram olan 585 əyarlı 1 ədəd kişi üzüyü, çəkisi 9,1 qram olan 585 əyarlı 3 ədəd üzüklərin hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh oğunun 12 oktyabr 2020-ci il tarixli SMLMB-4584 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 640,65 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul hesabına ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar