Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1259/2021 02.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia qaldıraraq, Şamaxı rayon məhkəməsinin 03 avqust 2017-ci il tarixli 2(074)-738/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 25 noyabr 2003-cü il təvəllüdlü X1, 22 oktyabr 2005-ci il təvəllüdlü X4 və 14 iyun 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X3 hər ay hər uşağ görə 175 manat sabit pul məbləğində aliment tutulamsı barədə qətnamə çıxarılmadını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək cavabdehlə razılıq əldə etdiyini bildirib, sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizənin geri qaytarılmasına dair ərizə verərək ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1259/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1259/2021
02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver