Məhkəmə qərarları › İş №2(074)-1300/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1300/2021

14.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1300/2021 14.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldıraraq, Cavabdeh yetkinlik yaşına çatmayan 06.06.2012-ci il təvəllüdlü X8 və 06.06.2019-cu il təvəllüdlü X5 saxlanması üçün hər ay 170 manat olmaqla, 340 manat aliment, həmçinin 100 manat məbləğində dövlət rusumu tutulub ona verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia tələbini müdafiə edərək izahat verib göstərdi ki, Cavabdeh ilə 18 avqust 2011-cı ildə qeydi rəsmi nikahla ailə qurmuşdur. 10.10.2012-cı ildə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahmızdan 06.06.2012-ci ildə X8 doulmuşdur. Ailə münasibətləri pozulduğu üçün nikahları Şamaxı rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli 2(074)-1179/2015 saylı qətnaməsi ilə pozulmuş birgə nikahdan doğulmuş 06 iyun 2012-ci il təvəllüdlü X8 onun yanında qalmış və Cavabdeh 30 iyul 2015ci il tarixdən başlayaraq 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Sonradan barışıb ailə münasibətlərini bərpa etdikləri üçün alimentdən imtina etmiş, işin icraatına xitam verilmişdir. 06.06.2019-cu ildə X2 adlı uşaqları doğulmuşdur. Nikahları qeyri-rəsmi olsada, ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüşlər, aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Faktiki ayrılmışlar, cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Şamaxı rayon Məhkəməsinin 2(074)-1179/2015 saylı, 20 oktyabr 2015-cı il tarixli qətnaməsi ilə 10 oktyabr 2012-cı il tarixdə bağlanmış nigah qeydi pozulmuş, 06.06.2012-ci il təvəllüdlü X8 onun himayəsinə verilmiş və 30 iyul 2015-cu ildən başlayaraq, Cavabdeh 06.06.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına kimi 103 manat sabit pul məbləğində alınıb, ona verilməsi qeyd edilmişdir. Yetkinlik yaşına çatmayan 06.06.2012-ci ii təvəllüdlü X8 və 06.06.2019-cu ildə X2 adlı uşaqlar onun himayəsindədir. Cavabdeh geyim mağasaında kassir vəzifəsində işləyir. Onun orta aylıq gəliri 1000(min) manatdan çox təşkil edir. Cavabdeh onları atıb getmiş, həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşağların saxlamaq onun üçün maddi cəhətdən çətindir. Məhkəmədən Cavabdeh 06.06.2012-ci il təvəllüdlü X8 və 06.06.2019cu ildə X1 yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay 170 manat olmaqla, 340 manat aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verlməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək hər ay ay hər uşağa 103 manat sabit pul məbləğində aliment verməyə razı olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli 2(074)-1179/2015 saylı qətnaməsinin surətindən görünür ki, Nağıyeva (İsmayılova) Leyli Mehman qızı ilə Cavabdeh arasında 10 oktyabr 2012-ci ildə bağlanmış 23 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 06 iyun 2012-ci il təvəllüdlü X8 anası X3 yanında qalmış və Cavabdeh 30 iyul 2015-ci il tarixdən başlayaraq 06 iyun 2012ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 059289 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 iyun 2012-ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçı Mehman qızıdır. İş materiallarında olan İİİ-ET № 743334 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 iyun 2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İ-ET № 613219 saylı atalığın müəyyən edilməsi hqqında şəhadətnamənin surətindən görünür ki, X7 atası Cavabdeh olduğu müəyyən edildikdən sonra uşağa X6 verilmişdir. İş materiallarında olan AZ-İ 315162 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir. Bu barədə 29 avqust 2019-cu ildə 80 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protkoldan görünür ki, İddiaçı Cavabdeh Npvruz oğluna qarşı aliment tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə 18 avqust 2011-cı ildə qeyri rəsmi nikahla ailə qurmuşdur. Onlar nikahlarını 10 oktyabr 2012-cı ildə isə rəsmiləşdirmişlər. Birgə nikahlarndan 06.06.2012-ci ildə X8 doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün nikahları Şamaxı rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli 2(074)-1179/2015 saylı qətnaməsi ilə pozulmuş birgə nikahdan doğulmuş 06 iyun 2012-ci il təvəllüdlü X8 anasının yanında qalmış və Cavabdeh 30 iyul 2015-ci il tarixdən başlayaraq 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Sonradan barışıb ailə münasibətlərini bərpa etdikləri üçün alimentdən imtina etmiş, işin icraatına xitam verilmişdir. 06.06.2019-cu ildə X2 adlı uşaqları doğulmuşdur. Hazırda tərəflər ayrılmışlar, 06.06.2012-ci il təvəllüdlü X8 və 06.06.2019-cu il təvəllüdlü X2 adlı uşaqlar iddiaçını himayəsindədir. İddiaçı uşqların saxlanılması üçün hər ay hər uşağa 170 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək hər ay hər uşağa 103 manat sabit pul məbləğində aliment kəsilməsi barədə qətnmanə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin məbləği uşağın mənafeyi, maddi təminatı əsas götürülməklə hər ay hər uşağa 140 manat sabit pul məbləğində müəyyən olunmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 27 oktyabr 2021-ci il tarixdən başlayaraq 06 iyun 2012-ci il təvəllüdlü X8 və 06 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 140 manat olmaqla 280 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməli, qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat +1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində hazırki ödəmənin məcmusu (280 manat x12 ay) =3360 manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 53,60 manat məbləğində dövlət rüsumu 30 manat +23,60 manat (2360x1%=23.60) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 oktyabr 2021-ci il tarixdən başlayaraq 06 iyun 2012-ci il təvəllüdlü X8 və 06 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 140 manat olmaqla 280 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 53,60 manat dövlət rüsumu alınıb dövlət gəlirlərinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar