Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1309/2023 26.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının saxlanılması üçün Cavabdeh uşağa görə 120,00 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 280,00 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan 28 may 2018-ci il tarixdə anadan olmuş övladları Babaşahlı Banu Asim qızının saxlanılması üçün Cavabdeh uşağa görə 120,00 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Gündəlik təlabat mallarının, geyim əşyalarının qiymətlərinin qalxması, kommunal xərclərin artması onun dolanışığında da öz ciddi təsirini göstərir. Alimentin miqdarı uşağın saxlanılması üçün kifayət etmir. Odur ki, alimentlə bağlı Prezidentin son fərmanını rəhbət tutaraq alimentin miqdarının artırılmasını istəyir. Asim könüllü olaraq bunu etmək istəmir. O, mediasiyaya müraciət edib. Nəticəsi isə olmayıb. Uşağın saxlanılması üçün 280,00 manat pul vermək, cavabdeh üçün elə də böyük məbləğ deyil. Odur ki, sabit məbləğdə müəyyən olunmuş alimentin artırılmasını hər ay uşağa görə cavabdehən 280,00 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Hər ay uşağ üçün 120,00 manat sabit pul məbləğində aliment ödəyir. Onun əmək haqqı tutulmalardan sonra 560 manat qalır ki, o, bununla həm ailəsini saxlayır, alimentini vaxtında ödəyir. Alimentin məbləğinin artırılması onu olduqca çətin maddi vəziyyətə salacaqdır. Odur ki, İddiaçı iddia tələbinin rədd edilməsi və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-419/2020 saylı qətnaməsi ilə təyin edilmiş, iddiaçı Babaşahlı (Daşdiyeva) Sevinc Elxan qızına xx.xx.2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının yetkinlik yaşınadək saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində veməli olduğu aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-419/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 18 mart 2020-ci il tarixdən başlayaraq 28 may 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Daşdiyeva (Babaşahlı) Sevinc Elxan qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV № 403369 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşahlı Banu Asim qızı xx.xx.2018-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay 120 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşaqlarını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəf cavabdehin maddi vəziyyətinin dəyişməsi barədə məhkəməyə heç bir sübut təqdim etməsə də, məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə həmçinin İddiaçı hazırda ailə qurduğu üçün onun aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını dair cavabdehin vəsatətinə münasibətdə qeyd edir ki, İddiaçı yeni nikaha daxil olması Cavabdeh öz uşağı üçün aliment ödəməkdən azad etmir. Belə ki, Azərbaycan Respublikasının Ailə Qanunvericiliyində məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi halları dəqiq göstərilmişdir. Cavabdehin istinad etdiyi Ailə Məcəlləsinin 113.2.5-ci maddəsi yəni əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda alimentin ödənilməsinə xitam verilməsi halı uşağın saxlanılması üçün deyil, əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad üçün ödənilən alimenti ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(074)-419/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 28 may 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1309/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1309/2023
26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver