Məhkəmə qərarları › İş №2(074)-1312/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1312/2021

28.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1312/2021 28.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin əmək haqqına mütənasib tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 2(074)-135/2019 saylı, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin tutulma formasının dəyişdirilərək, 25 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi həcmində alimentin və mediasiya xərcinin əvəzi olaraq 25 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 29 noyabr 2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 1 övladları olmuşdur. Şamaxı rayon Məhkəməsinin 2(074)-135/2019 saylı, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, azyaşlı uşaqları 25 yanvar 2012-ci il təvəllüdlü X2 onun himayəsinə verilmiş, cavabdehdən azyaşlı uşağın saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qaydasında tutulan alimentin məbləği həddindən artıq az olduğundan uşağın saxlanılmasına onun maddi cəhətdən təmin olunmasına, təhsil xərclərinə çatmır. Belə ki, o məktəbdə təhsil alır, dərsdən əlavə hazırlıqlara gedir və maddi cəhətdən 120 manat sabit pul məbləği ilə onun təhsil xərclərini qarşılamaq heç mümkün deyildir. Bu azmış kimi cavabdeh son zamanlar alimenti vaxtıvaxtında ödəmir son 2 ayda isə ümumiyyətlə ödəniş etməmişdir. Bu isə uşağın maddi cəhətdən saxlanılması üçün çətinliklər yaradır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, əmək haqqı yüksək deyil. Bundan başqa o, vətən müharibəsində iştirak etdiyi üçün hazırki işə düzəlmişdir. O, aldığı maaşla öz ailəsinə də maddi köməklik edir. Buna görə iddianın təmin edilməməsini xahiş edir. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon 2(074)-135/2019 saylı, 08 yanvar 2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 29 noyabr 2009-cu ildə Şamaxı rayon İHB-nın Avaxıl kənd ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 noyabr 2009-cu il tarixdə 05 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 25.01.2012-ci il təvəllüdlü X1 anası- İddiaçı yanında qalması, Cavabdeh 08 yanvar 2019-cu il tarixdən başlayaraq, birgə nikahlarından doğulmuş 25.01.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 08.12.2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin arayışından görünür ki, Cavabdeh “Azəriqaz” İB-nin Metrologiya Departamentində anbar müdiri vəzifəsində işləyir və aylıq vəzifə maaşı 604 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, Cavabdeh 09.04.2008-02.10.2009, 29.09.2020-26.12.2020 tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, onun müntəzəm qazancının olması, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən sabit pul məbləğində tutulan alimentin tutulma qaydası dəyişdirilməli, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalı, alimentin tutulma müddətinin əvvəli hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 50 manatın 25 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 2(074)-135/2019 saylı, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin tutulma qaydası dəyişdirilsin və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 25 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi olaraq 25 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar