Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-135/2024 27.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5316 manat məbləğində dəymiş zərərin əvəzi, istifadə olunmuş təbii qaza görə yaranmış 1665 manat debitor borc, ödənilmiş 90,22 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7071.22 (yeddi min yetmiş bir manat iyirmi iki qəpik) manat pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********01 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla, təbii qazı talamışdır. İddiaçı Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən, qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq, aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq, 5316 manat məbləğində dəymiş zərər hesablanmışdır. Bundan əlavə, cavabdeh tərəfindən ünvanında istifadə edilmiş təbii qaza görə 3629.88 manat debitor borcu vardır. Cavabdehə birliyin işçiləri tərəfindən yaranmıs 8945 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də, ondan tələb ediləcəyi izah edilmişdir. Bundan başqa, Cavabdeh dəfələrlə müxtəlif tarixlərdə qazdan qeyri-qanini istifadə etməsi aşkar olunmuşdur. Belə ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-609/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh 570 manat məbləğində dəymiş ziyanın və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 432/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh 1423.68 manat məbləğində dəymiş ziyanın tutularaq, İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilənin 2.3.4-cü bəndinə əsasən, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən, müəyyən edilmişdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.9-cu maddəsinə əsasən, “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 258 nömrəli Fərmanla Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən, verilmiş səlahiyyətləri daxilində SOCAR qanunazidd olmadan istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması üzrə münasibətləri tənzimləyə bilər. Bundan başqa, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının SOCAR-ın Şurasının xx.xx.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, tənzimlənməsinə dair müddəa müqavilənin 3.3-cü bəndində təsbit olunmuşdur. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq, istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq, həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxıılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarından görünür ki, abonent kodu **********00000 olan istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2017-ci il tarixdə Smart G-4 İtron markalı, 1602AZ**********01 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, baxış keçirilən zaman, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 5400 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, baxış keçirilən zaman, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 5400 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşayan abonent Cavabdeh 2021-ci ilin mart və sentyabr aylarına müvafiq olaraq 540 və 540 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixli, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi” əsasında, istehlakçı Cavabdeh Əbülfəz oğluna məxsus Şamaxı şəhəri, M.Ə.Əfəndiyev 23 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 İtron markalı, 1602AZ**********01 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yaşadığı ünvanda xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılan zaman, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İtirilmiş qazın bərpası üçün İddiaçı tərəfindən tərtib edilmiş aktlara əsasən hesabat aparılmış və müvafiq olaraq hesablanmış 540 və 540 manat olmaqla, cəmi 1080 manat məbləğin ödənilməsi qərara alınmışdır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavənin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbi ilə bağlı belə nəticəyə gəlir ki, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi halları müəyyən edildiyindən, o, qanunsuz olaraq istifadə etdiyi təbii qazın dəyərini ödəməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinin 4236 (5316-1080) manat hissəsi və iddia tələbinin “istifadə olunmuş təbii qaza görə yaranmış 1665 manat debitor borcun tutulması” hissəsi ilə bağlı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Göründüyü kimi, İddiaçı İB qeyd olunan normanın tələblərinə uyğun olaraq, istehlakçı Cavabdeh 4236 manat dəyərində qazın talanmasında təqsirli olması və istifadə olunmuş təbii qaza görə istehlakçının 1665 manat debitor borcunun yaranması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, təbii qazdan qanunsuz istifadəyə görə Cavabdeh 1080 (bir min səksən) manat dəymiş zərərin əvəzi və dövlət rüsumu olaraq ödənilmiş 30,80 (otuz manat səksən qəpik) manat pul tutularaq, İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Təbii qazdan qanunsuz istifadəyə görə Cavabdeh 1080 (bir min səksən) manat dəymiş zərərin əvəzi və dövlət rüsumu olaraq ödənilmiş 30,80 (otuz manat səksən qəpik) manat pul tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-135/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-135/2024
27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver