Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-136/2021 27.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi haqqında iddia ərizə üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi haqqında iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 499.89 manat əsas borc, 204.23 manat faiz, 413.36 manat cərimə və 73.36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış borc, ümumilikdə 1190.84 (min yüz doxsan manat 84 qəpik) manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,Zaminbank ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.10.2015-ci il tarixli 0284/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 25 faiz ödənilmək şərtilə 3000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq digər borclu X2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2-ci bəndinə müvafiq olaraq zamin X3 borcalan ilə birlikdə məsuliyyət daşıyır. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 499.89 manat əsas borc, 204.23 manat faiz, 413.36 manat cərimə və 73.36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış borc, ümumilikdə 1190.84 (min yüz doxsan manat 84 qəpik) manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz)manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəməyə gəlməmişdir. İddiaçı LPO Zaminbank ASC-nin nümayəndəsi Anar Nəcəfzadə məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirib, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hazırkı işə təfələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 22 dekabr 2015-ci il tarixli 0284/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 illik 25 faizlə 24 ay müddətinə 3000 manat pul verilmişdir. İş materiallarında olan 22 oktyabr 2015-ci il tarixli 0284/15/01 saylı zaminlik müqaviləsindən görünür ki, bank qarşısında öhdəlikləri icra etməsi üçün məsuliyyət zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, 04 sentyabr 2020-ci il tarixə müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 1190,84 manat təşkil edir. İş materiallarında olan ********* saylı mədaxil qəbzindən görünür ki, Zaminbank ASC tərəfidindən iddiaçı hazırkı iddia üzrə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 10 avqust 2021-ci il tarixli 9/3458 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 oğunun Zaminbank ASC-yə maliyyə arayışının tarixinə yəni, 23 sentyabr 2020-ci il tarixə 330,18 manat əsas borc, 168,63 manat faiz borcu olmaqla borc 498,81 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin mənasına görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddianın 413,36 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 413,36 manat məbləğində cərimə pulu deyil, 10 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-cı maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı Zaminbank ASC ilə Cavabdeh1 arasında 22 oktyabr 2015-ci il tarixdə bağlanmış 284/15 nömrəli kredit müqaviləsinə əsasən illik 25 faizlə 24 ay müddətinə 3000 manat kredit verilmişdir. Cavabdeh1 3000 manat məbləğində kredit vəsaitinə maliyyə arayışının tarixinə yəni 23 sentyyabr 2020-ci il tarixədək Zaminbank ASC-nin hesabına 3432,6 manat məbləğində pul vəsaiti ödəmişdir. Kreditin təminatı kimi Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərini icra etmək üçün zamin olmuşdur. Cavabdehlər Zaminbank ASC-yə olan borclarını xəbərdarlıqlar edilmələrinə baxmayaraq ödəməmişlər. Hazırda onların Zaminbank ASC-yə 330,18 manat əsas borc, 168,63 manat faiz borcu qalmışdır.Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 330,18 manat əsas borc, 168,63 manat faiz, 10 manat cərimə və 73.36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borc, ümumilikdə 582,17 manat borc ödənilmiş 30(otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən ekspertlərə verilməli məbləğ ekspertlərin təyin edilməsini xahiş etmiş tərəfdən tutulur. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 330,18 manat əsas borc, 168,63 manat faiz, 10 manat cərimə və 73.36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borc, ümumilikdə 582,17 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada keçirilmiş ekspertizanın dəyəri 100 manat alınıb X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 330,18 manat əsas borc, 168,63 manat faiz, 10 manat cərimə və 73.36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borc, ümumilikdə 582,17 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada keçirilmiş ekspertizanın dəyəri 100 manat alınıb X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-136/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-136/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver