Məhkəmə qərarları › İş №2(074)-1374/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1374/2025

28.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1374/2025 28.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 7500 manat borcunun və ödədiyi 95 manat dövlət rüsumunun cavabdehdən alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 01 aprel 2020-ci il tarixdə onunla birgə Ticarət Mərkəzində işləyirdi. Həmin vaxtlar cavabdeh ona bildirmişdir ki, oğlunu həbs edə bilərlər deyə, ondan 10500 (on min beş yüz) manat borc pul istəmişdir. Daha sonra, Cavabdeh Famil adlı qardaşı ilə onun yanına gəlmiş və qardaşı bildirmişdir ki, bacısına zamin durur ki, onun pulunu geri qaytaracaq və həmin məbləği borc kimi ondan istəmişlər. O da inanaraq, 10500 manat pulu Cavabdeh vermişdir. Bir müddət keçəndən sonra, cavabdehin Famil adlı qardaşı verdiyi borc puldan 1800 (bir min səkkiz yüz) manatını qaytarmış, daha sonra, Cavabdeh oğlu onlara verdiyi borcdan daha 1200 manat məbləğini də qaytarmışdır. Beləliklə, Cavabdeh verdiyi 10500 manat borc puldan 3000 (üç min) manat məbləğini özünə qaytarıblar, lakin qalan 7500 (yeddi min beş yüz) manat pulunu cavabdeh ona qaytarmaq istəmir. Dəfələrlə pulunu cavabdehdən istəməsinə baxmayaraq, cavabdehin onun qalan 7500 manat pulunu qaytarmayacağına əmin olmuşdur. Ona görə də, 05 fevral 2025-ci il tarixdə ərizə ilə Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Şamaxı Rayon Polis Şöbəsi Cavabdeh və onların digər yaxınlarını Polis Şöbəsinə dəvət etmiş və onlar onun dediklərini etiraf edib, öhdəlik götürmüşlər ki, bir həftəyə qalan 7500 manat pulunu da, özünə verəcəklər və Şamaxı Rayon Polis Şöbəsində bu qaydada razılaşmışlar. Amma bir həftədən çox aylarla vaxt keçsə də, onlar indiyədək qalan pulunu qaytarmamışdırlar. O, yenidən Şamaxı Rayon Polis Şöbəsinə müraciət edərkən, oradan ona bildirdilər ki, bu mülki is olduğundan və həm də, cavabdeh ondan 10500 (on min beş yüz) manat borc pul aldığını etiraf etdiyindən, burada dələduzluq və etibardan sui-istifadə kimi cinayət əməlləri yoxdur və o, məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Şamaxı Rayon Polis Şöbəsinə müraciət edərək, Cavabdeh adlı şəxsə 10500 manat pul verməsini, həmin məbləğdən 3000 manatının qaytarıldığını, qalan 7500 manatının qaytarmasından boyun qaçırmasını göstərmişdir. Müraciətlə əlaqədar, Cavabdeh adlı şəxslə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, həmin şəxs Bakı şəhərində olduğunu, orada işlədiyini, həqiqətən də, İddiaçı borc olaraq 10500 manat pul almasını, həmin borcdan 3000 manatının qaytarmasını, qalan 7500 manat pulun isə maddi imkanı zəif olduğundan, qaytara bilməməsini, yaxın zamanda qaytaracağını göstərmişdir. İş materiallarından görünür ki, Şamaxı Rayon Polis Şöbəsi İddiaçı Məhəmmnəd oğluna ünvanlanmış məktubda araşdırma zamanı əməldə cinayət hadisəsi və ya inzibati xəta tərkibi müəyən edilməməsi göstərilməklə, həmçinin, qeyd edilən məsələnin mülki xarakterli olduğu əsas gətirilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh borc olaraq İddiaçı 10500 manat məbləğində pul almış, sonradan həmin məbləğdən 3000 manatını qaytarmış, lakin qalan 7500 manat pulu hal-hazıradək qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı ona məxsus pulun qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 7500 manat məbləğində pul və ödənilmiş 95 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 7500 manat məbləğində pul və ödənilmiş 95 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar