Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-139/2025 03.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1730 manatın və ona dəyən mənəvi ziyan 2000 manatın, ümumilikdə 3730 manatın və ödədiyi 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şamaxı rayonu Çarhan ərazi dairəsi Çarhan kəndində pasport qeydiyyatındadır. xx.xx.2024-cü il tarixdə Tap.az elan saytı vasitəsilə "Samsung S-24 Ultra" və ya S-23 Ultra" markalı mobil telefonu almaq qərarına gəlib. İlk qarşısına Cavabdeh qoyduğu "Samsung S-24 Ultra" elanı çıxmışdır. Həmin markalı mobil telefonun satışı dükandan ucuz olduğu üçün maraqlanıb. Cavabdeh ilə (077 505-96-38) əlaqə saxlıyanda ona bildirib ki, evində xəstə bibisi var, telefon onundur. Bibisini təcili əməliyyat etdirməlidir, ona görə bu qiymətə satır, telefon saz vəziyyətdədir. Cavabdeh yalandan ona bildirib ki, Masazırda mebel sexində işləyir, gündüz vaxtları işdən icazə alıb çölə çıxa bilmədiyindən, telefonu aparıb dükanlara sata bilmir. Güya ki, gündüz vaxt edib telefonu aparıb, 28 mayda satsa hətta 1850 manatada sata bilər, təəssüf ki, buna vaxtı yoxdur. Cavabdeh X2 ona bildirib ki, əgər telefonu almaq istəyirsə axşam 22:00-da işdən çıxanda 20 yanvarda görüşünlər. O isə cavabdeh X1 bu səmimiyyətinə inanıb və axşam saat 22:00-da Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi yaxınlığında yerləşən "Velotrek" ticarət mərkəzinin qarşısında görüşüb. Cavabdehin axşam saat 22:00 da görüş təyin etməsində əsas məqsədi o olub ki, 20 yanvarda olan telefon dükanları tam bağlansın və onu aldadaraq kənarda telefonu ona versin və o, telefonu heç kimə göstərib yoxlatmasın. O, bildirib ki, gətirdiyin telefon qadın telefonuna oxşuyur, o kişi telefonu istiyir. Lakin Cavabdeh ona bildirib ki, o bibisinin əməliyyatına görə evdəkilərin də telefonunu satır, bunu götürsün, sabah o istədiyi telefonu çatdıracaq. O, Cavabdeh 1730 manat verib. Sabahı gün Cavabdeh zəng edib, lakin cavabdeh telefonunu söndürüb. O başa düşüb ki, Cavabdeh onun ona və bibisinə yazığı gəldiyindən və onun ona olan etibarından sui-istifadə edib və aldadıb. O artıq başa düşüb ki, Cavabdeh onun ona olan etibarından sui-istifadə edərək sadəcə onu aldatmaqdan başqa bir şey olmamışdır. Bu səbəbdən də, aralarında yaranan mübahisəyə görə o, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə şikayət edib. Cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmış və ondan 1730 manat aldığını izahatında etiraf etmişdir. O, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsində cavabdehə bildirib ki, onun bu cür dələduzluq hərəkətlərinə görə Hüquq mühafizə orqanlarına və məhkəməyə şikayət edəcək. Cavabdeh isə ona bildirib ki, get hara şikayət edirsən et. İstəyir Vergilər orqanına, istəyir Polisə ya da Məhkəməyə ver. Onun itirəcək heç bir şeyi yoxdur. Heç kimdən də qorxmur. Cavabdeh pulunu qaytarmır, o isə ağır sarsıntı və iztirab keçirir. Bu səbəbə görə də, ona dəyən mənəvi ziyanın ödəməsi üçün cavabdehin real imkanlarını nəzərə alaraq vurduğu mənəvi ziyanı 2.000 manat hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, həqiqətən də İddiaçı telefon satmışdır. Lakin həmin telefon elə satış elanında yerləşdirdiyi və İddiaçı satdığı "Samsung S-24 Ultra" markalı telefon olmuşdur. Yəni o, iddiaçıya əvvəlcədən başqa telefon verməmişdir. Elə satmaq istədiyi, iddiaçının isə almaq istədiyi telefonu satmışdır. İddiaçı telefonu alarkən 20 Yanvar metrosunun ətrafında olan telefon dükanları işləmiş və iddiaçı telefonu həmin dükünlara da göstərib işlədiyini bildikdən sonra almışdır. Lakin təxminən 1 ay yarımdan sonra telefonu işlədərkən ekranını sındırdığı üçün qaytarmaq istəmiş və ondan şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılarkən də iddiaçı onun satdığı telefonu təqdim etmiş və müəyyən edilmişdir ki, həmin telefon "Samsung S-24 Ultra" markalıdır. Həmin vaxt telefona baxarkən görmüşdür ki, telefonun ekranı sınıqdır. Yəni iddiaçının bildirdiyi kimi "Samsung S-24" markalı telefon olmamışdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatlarını və iş materiallarını araşdırıraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı aralarında yaranmış mülki mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən həmin məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə müıki iddia qaldırmaq hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı aldığı telefonu təqdim etmiş və müəyyən edilmişdir ki, T.Zərbalıyevin İddiaçı satdığı mobil telefon sonuncunun izahatında bildirdiyi kimi “Samsung S 24” markalı deyil, "Samsung S-24 Ultra" markalı mobil telefon olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1.1-ci maddəsinə əsasən Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 571.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.3-cü maddəsinə əsasən əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh "Samsung S-24 Ultra" markalı mobil telefonu satmaq üçün bu barədə elanı satış saytına yerləşdirmişdir. Daha sonra həmin mobil telefonu 20 avqust 2024-cü il tarixdə İddiaçı 1730 manata satmışdır. İddiaçı həmin telefonu alıb bir müddət işlətdikdən sonra 23 sentyabr 2024-cü il tarixdə Nəsimi RPİ 20-ci Polis şöbəsinə şikayət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin ona almaq istədiyi telefonu deyil başqa telefonu verməsi və bir müddətdən sonra ona istədiyi telefonu çatdıracağı barədə aralarında olan razılaşma barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə, həmçinin iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Lakin məhkəmə iclasında iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı və Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-139/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-139/2025
03.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver