Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1406/2024 03.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hasarın inşa olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Koroğlu küçəsi 11 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş 3000 manat məbləğində maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus fərdi yaşayış evinin pəncərəsindən ona məxsus fərdi yaşayış evinin qarşısındakı ailə üzvlərinin daima istifadə etdiyi sahənin görünməməsi üçün hasarın inşa etdirməsini cavabdehin üzərinə vəzifə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 68 yaşlı, şəkər xəstəsi olan həyat yoldaşı X2 ilə yaşayır. Özünün də 70 yaşı var və 2-ci qrup əlildir. Cavabdeh Şamaxı rayonu Mədrəsə qəsəbəsində Koroğlu küçəsi 13 saylı fərdi yaşayış evində onunla qonşu olaraq yaşayır. Onun fərdi yaşayış evinin ön hissəsində Cavabdeh məxsus fərdi yaşayış evi yerləşir. Onun evi qəzalı vəziyyətdə olduğundan, torpaq qazıntı işləri aparılmırş və ona məxsus ev yenidən inşa edilmişdir. Onun həyətyanı sahəsinin müəyyən hissəsinə torpaq qazıntı işləri təsir etmişdir. Nəticədə Cavabdeh tərəfindən torpaq axınının qarşısının alınması üçün, hasarlanma işləri sona çatdırılmamışdır. Bu səbəbdən, hal-hazırda ünvan 2 fərdi yaşayış evi uçmaq təhlükəsi qarşısındadır. Dəfələrlə Cavabdeh, Mədrəsə qəsəbəsi üzrə ərazi dairə nümayəndəliyinə və bələdiyəyə sadalanan qanunsuzluqlar barədə müraciət etmiş, onlar bu qanunsuzluqlarla bağlı mülki qaydada məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 2 ünvanda olan ev İddiaçı adına qeydə alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, ünvan 3 ünvanda olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin, iddiaçının qonşuluğunda ünvan 4 ünvanda olan fərdi yaşayış evində hazırki iş üzrə Cavabdeh yaşayır. Hazırda isə iddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehə məxsus fərdi yaşayış evinin pəncərəsindən ona məxsus fərdi yaşayış evinin qarşısındakı ailə üzvlərinin daima istifadə etdiyi sahənin görünməməsi üçün hasarın inşa etdirməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı hasarın inşa olunması tələbinə dair iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı hasarın inşa olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1406/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1406/2024
03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver