Məhkəmə qərarları › İş №2(074)-1435/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1435/2024

24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1435/2024 24.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi - vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 235 manat olmaqla, hər ay cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi və birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 baxılması üçün, hər ay hər uşağa görə 100 manat olmaqla, hər ay cəmi 200 manat pulun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-384/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq, ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq, cavabdeh birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün, heç bir maddi köməklik göstərməmişdir. Hazırda uşaqlar böyümüş və müalicəyə ehtiyacları olduğu üçün, tələbatları artmışdır. O, uşaqların tələbatını təkbaşına qarşılamaq qabiliyyətində deyil və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı uşaqların tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar körpədirlər, tez-tez xəstələnirlər, ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu da, dəyişdirilmiş və 2024-cü il üçün hər uşağa görə 235 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır, hətta, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti belə vaxtlıvaxtında ödəməmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X6 iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-384/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, məhkəmə qətnaməsi ilə hazırki iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı ödənilməsi qət edilmiş və hazırda iddiaçı uşaqların böyüdüyünü, tələbatlarının artdığını və məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin uşaqların heç bir tələbatının ödənilməsinə yetmədiyini əsas gətirərək, müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra, cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və bu hal məhkəmə iclasında da, müəyyən olunmamışdır. Həmçinin, iddiaçı Şamaxı Rayon Məhkəməsinin 2(074)-384/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşaqların heç bir tələbatının ödənilməsinə yetmədiyini əsas gətirsə də, göründüyü kimi, o, həmin qətnamə ilə razılaşaraq, qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Hazırda isə həmin qətnamənin qəbul edilməsindən qısa bir zaman keçməsinə baxmayaraq, iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik olması barədə mötəbər sübutları məhkəməyə təqdim etmədən, iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh alimentin tutulması qət edildikdən sonra, onun ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, aliment məbləğinin artırılmasına heç bir əsas yoxdur. Bu səbəbdən iddia əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2. maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də, diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinin mənasına görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən, həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar