Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-145/2023 20.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən A bir mərtəbədən ibarət, ümumi sahəsi 99, kv.m olan 2 otaqlı, B iki mərtəbədən ibarət ümumi sahəsi 59,4 kv.m olan 1 otaqlı iki mərtəbədən ibarət ümumi sahəsi 304,4 kv.m olan 4 otaqlı fərdi yaşayış evlərinin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması və həmin torpaq sahəsinin mülkiyyətində olan fərdi yaşayış evlərinin vahid daşınmaz əmlakı kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Nağaraxan kəndi ərazisində yerləşən vətəndaş X5 məxsus sənəd üzrə 0,21 ha həyətyanı torpaq sahəsində yerləşən A bir mərtəbədən ibarət, ümumi sahəsi 99,1 kv.m olan 2 otaqlı B iki məetəbən ibarət ümumi sahəsi 59,4 kv.m olan 1 otaqlı və iki mərtəbən ibarət ümumi sahəsi 304,4 kv.m olan 4 otaqlı fərdi yaşayış evlərini alqı-satqı yolu ilə 18 iyul 2005-ci il tarixdə almışdır. Alqı-satqı müqaviləsi bağlanandan sonra X7 həmin kənddən köçüb ona satmış olduğu evləri ona təhvil verib getmişdir. Həmin vaxtdan fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahəsi onun faktiki istifadəsindədir. Şamaxı Rayon Dövlət Texniki İnvertanlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Tərəfindən həmin evlər onun adına qeydiyyata alınmış və 18 iyul 2005-ci il tarixdə 352 və 859 nömrəli qeydiyyat vəsiqələri verilmişdir. Fərdi yaşayış evlərini və onların yerləşdiyi torpaq sahəsi vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsin 14 saylı ərazi idarəsinə müraciət etmişdir. Lakin 14 saylı Ərazi İdarəsi tərəfindən onun ərizəsinin icrasına imtina verilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində olan 0,19 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 99,1 kv.m 59,4 kv.m və 304.4 kv.m fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə daxil olmuş ərizəsinə və həmin əmlaka aid sənədlərə baxılmışdır. Təqdim olunmuş sənədlər tərəfindən araşdırılarkən məlum olub ki, Şamaxı rayon, Nağaraxana kəndi ərazisindən Şamaxı rayon Dövlət notariat Kontorunda 18 iyul 2005-ci il tarixdə bağlanmış 4-ə 3-795 saylı alqı-satqı müqaviəsi əsasında X2 əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,21 ha torpaq sahəsi Torpaq İslahatı zamanı 0,19 ha ölçüdə Şamaxı rayon Aqrar İslahat Komitəsinin 29 may 1998ci il tarixli 08 saylı qərarına əsasən evin birinci mülkiyyətçisi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına JN-122F, kod 41011018 nömrəli torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Fərdi yaşayış evlərin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olduğuna görə, həyətyanı torpaq sahəsinin onların adına qeydiyyata alınması mümkün olmamışdır. Fərdi yaşayış evlərin yerləşdiyi 0,19 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi təqdim edəcəyi təqdirdə əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələnin qanuna müvafiq qaydada yenidən baxıla bilər. Bu səbəbdən də, məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olub. Daha sonra iddiaçının nümayəndəsi X8 tələbin dəqiqləşməsinə dair məhkəməyə ərizə təqdim edərək Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən “A” 1 mərtəbədən ibarət ümumi sahəsi 99,1 kv.m olan 2 otaqlı “B” 2 mərtəbədən ibarət ümumi sahəsi 59,4 kv.m olan 1 otaqlı 2 mərtəbədən ibarət ümumi sahəsi 304,4 kv.m olan 4 otaqlı fərdi yaşayış evlərinin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh2 Əlibaba oğlu ilə xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 izahat verib bildirdi ki, ev iddiaçının adına olsa da, torpaq sahəsinin cavabdehin adında olması müəyyənləşdirilmişdir. Alqısatqı müqaviləsində torpaq sahəsinə istinad edilmədiyindən iddiaçının ərizəsinin icrasından imtina olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, o, Şamaxı rayonu, Nağaraxana kəndində yaşamaqla, iddiaçının evlərinə nəzarət edir. Artıq 17 ildir ki, o, iddiaçının evinə nəzarət edir və həyətində işləyir. Orada işlədiyi müddət ərzində cavabdehi görməmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, maraqlı şəxsin nümayəndəsinin izahatı və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-122F saylı 41011018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon AİK-nın 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Cavabdeh1 0,19 ha torpaq sahəsi verilmişdir. İş materiallarında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 859 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 2 mərtəbədən, 4 yaşayış otağından, 90,5 kv.m yaşayış sahəsindən, 304,4 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi Şamaxı rayon DNK-da təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4-ə 3-795 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli 244900 saylı, alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 18 iyul 2005-ci il tarixli İ-2/352-859 nömrəli qeydəalma vəsiqəsinə və Şamaxı rayonlararası texniki inventarlaşdırma bürosunun xx.xx.2005-ci il tarixli 30 nömrəli arayışına əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 2001-ci ildə tikilmiş yerləşən 2 mərtəbəli, 4 otaqlı, 304,4 kv.m ümumi sahəsi, 90,5 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evini İddiaçı satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli № **********60 saylı məktubundan görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisindən Şamaxı rayon Dövlət notariat Kontorunda 18 iyul 2005-ci il tarixdə bağlanmış 4-ə 3-795 saylı alqısatqı müqaviləsi əsasında Cavabdeh2 əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,21 ha torpaq sahəsi Torpaq İslahatı zamanı 0,19 ha ölçüdə Şamaxı rayon Aqrar İslahat Komitəsinin 29 may 1998ci il tarixli 08 saylı qərarına əsasən evin birinci mülkiyyətçisi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına JN-122F, kod 41011018 nömrəli torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Fərdi yaşayış evlərin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olduğuna görə, həyətyanı torpaq sahəsinin onların adına qeydiyyata alınması mümkün olmamışdır. Fərdi yaşayış evlərin yerləşdiyi 0,19 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi təqdim edəcəyi təqdirdə əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələnin qanuna müvafiq qaydada yenidən baxıla bilər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 304,4 kvadrat ümumi sahəsi, 90,5 kvadrat yaşayış sahəsi olan fərdi yaşayış evi cavabdehlərə məxsus olmuşdur. Cavabdehlər Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 304,4 kvadrat ümumi sahəsi, 90,5 kvadrat yaşayış sahəsi olan fərdi nömrəli yaşayış evi Şamaxı rayon DNK-da təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4-ə 3-795 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı 376 milyon manat satmış, torpaq sahəsini və üzərindəki tikilini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişlər. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq və üzərində yerləşən evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə, fərdi yaşayış evinin cavabdeh tərəfindən 376 milyon manata iddiaçıya satılmasına dair 18 iyul 2005-ci il tarixli 244900 nömrəli müqavilədə fərdi yaşayış evinin bütövlükdə göstərilməsini, kənd yerlərində fərdi yaşayış evlərinin üzərində yerləşdiyi torpaq sahəsi istisna olmaqa satılmasının praktikada tətbiq edilmədiyindən alıcının fərdi yaşayış evini bu qaydada əldə etməsinin ağlabatan olmadığını, eləcə də fərdi yaşayış evi satıldığı vaxtdan cavabdehin fərdi yaşayış evini və torpaq sahəsini alıcıya təhvil verərək başqa ünvana köçüb getməsini nəzərə alaraq, müqavilə tərəflərinin torpaq sahəsinin də satılmasında razılığa gəlmələrini lakin bunun alqı-satqı müqaviləsinin məzmununa daxil etmədikləri nəticəsinə gəlir. Bundan başqa iddiaçı onunla cavabdeh arasında 0,21 ha həyətyanı torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia qaldırsa da təqdim edilmiş sənədlərdən görünür ki, Şamaxı rayon AİK-nın 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Cavabdeh1 0,19 ha torpaq sahəsi verilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh evlə birlikdə torpaq sahəsinin də satılmasına dair iradə ifadə etdiyindən, torpaq sahəsindən və tikilidən ibarət daşınmaz əmlakı iddiaçıya sataraq ona təhvil verərək, 18 il əvvəl başqa ünvana köçüb getməklə torpaq sahəsini satmaqla bağlı iradəsini bir daha nümayiş etdirdiyindən, iddia tələbi qismən təmin edilməli, 0,19 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlamış hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı rayon, Nağaraxana kəndində yerləşən “A” 1 mərtəbədən ibarət ümumi sahəsi 99,1 kv.m olan 2 otaqlı “B” 2 mərtəbədən ibarət ümumi sahəsi 59,4 kv.m olan 1 otaqlı 2 mərtəbədən ibarət ümumi sahəsi 304,4 kv.m olan 4 otaqlı fərdi yaşayış evlərinin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 Əlibaba oğlu ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-145/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-145/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver