Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-146/2025 15.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə ərizənin baxılmamış saxlanılmaqla, geri qaytarılması barədə iddiaçı tərəfindən verilmiş vəsatətə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Avaxıl kəndi ərazisində 0,25 ha torpaq sahəsi üzərində yerləşən sözügedən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə dair cavabdeh X2 adına olan reyestr nömrəsi **********39-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, İddiaçı məhkəməyə ünvanladığı müraciətində, yaranmış zərurətlə əlaqədar, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə ilə müraciət etdiyindən və cavabdeh iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh X3 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Dövlət rüsumu olaraq xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (bir yüz) manat məbləğində vəsait (qəbz nömrə **********) İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-146/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-146/2025
15.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver