Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1480/2023 07.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şamaxı şəhəri, Yavər Kərəntərli küçəsində yerləşən 104 m2 ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğular da daxil olmaqla) 39a saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 45 000 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18 640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9200 manat nəzərə alınmaqla, "xxxx" QSC-yə cavabdehin təqsirindən artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını, "xxxx" QSC ilə aralarında bağlanmış 07 sentyabr 2010-cu il tarixli 17L000000524 saylı kredit xətti müqaviləsi, 30 aprel 2014-cü il tarixli kredit razılaşması, 15 iyul 2015-ci il tarixli 17R000006488 S saylı və 04 sentyabr 2015-ci il tarixli 17R000006488 S sazişlər üzrə "xxxx" QSC-yə məhkəməyə qədər ödədiyi 18640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9200 manat nəzərə alınmaqla, Şamaxı şəhəri, Yavər Kərəntərli küçəsində yerləşən 104 m2 ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğular da daxil olmaqla) 39a saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan və ödənilmiş məbləğlərlə əlaqədar məhkəməyə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh kimi göstərsədə iddia ərizəsinin məzmunundan görünür ki, Cavabdehnə qarşı hər hansı tələb yönəlməmişdir. Eyni zamanda iddiaçı artıq ödənilmiş pulun geri qaytarılmasını xahiş etsə də, hansı məbləğdə pulun geri qaytarılmasını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl edilmədiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2023-ci il tarixdə ödənilmiş (əməliyyat İD 338495718, GPP qəbz nömrəsi **********) 100 manat rüsum İddiaçı qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-ci il tarixdə ödənilmiş (əməliyyat İD 338495718, GPP qəbz nömrəsi **********) 100 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1480/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1480/2023
07.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver