Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-149/2021 01.02.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 270210-1-34411 saylı nağd pul krediti müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə banka borclu olduğu 2379,14 manat məbləğində əsas borc, 111,24 manat məbləğində faiz borcu, ümumilikdə isə 2490,38 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahat verib bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 270210- 1-34411 saylı nağd pul krediti müqaviləsinə əsasən cavabdehə daşınmaz əmlakın alınması məqsədilə illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxx 2020-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 2379,14 manat məbləğində əsas borc, 111,24 manat məbləğində faiz borcu, ümumilikdə isə 2490,38 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Odur ki, iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli № 270210-1-34411 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən daşınmaz əmlakın alınması məqsədilə illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli № 270210-1-34411 saylı nağd pul krediti müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixə 2379,14 manat əsas və 111,24 manat faiz olmaqla, ümumilikdə 2490,38 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi bağlayaraq İddiaçı ASC-dən illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit götürmüş, lakin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Nəticədə cavabdehin xx xxxxxx 2019-cu il tarixli № 270210-1-34411 saylı kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2020-ci il tarixə 2379,14 manat əsas və 111,24 manat faiz olmaqla, ümumilikdə 2490,38 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 270210-1-34411 saylı nağd pul krediti müqaviləsi üzrə 2379,14 manat əsas və 111,24 manat faiz olmaqla, ümumilikdə 2490,38 manat borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 270210-1-34411 saylı nağd pul krediti müqaviləsi üzrə 2379,14 manat əsas və 111,24 manat faiz olmaqla, ümumilikdə 2490,38 manat borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-149/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-149/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver