Məhkəmə qərarları › İş №2(074)-153/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-153/2024

15.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-153/2024 15.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbi barədə ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd termo, 1 ədəd taxt, divan və kreslolar, stol və stullar, 2 ədəd xalça, 1 ədəd beşik, 1 ədəd adi televizor, 1 ədəd televizor altı, 1 ədəd soyuducu, 1 ədəd adi pataryuyan, 1 ədəd yazı stolu, 1 ədəd məktəb stolu, 1 ədəd saat, 1 ədəd divar üçün suvenir, 1 ədəd vanna, 1 ədəd böyük güldan, 1 ədəd nahar servisi, 1 ədəd çay servisi, 1 ədəd samovar, 2 ədəd sini, 2 ədəd tas, 1 ədəd aşsüzən, 2 ədəd vedrə, 2 ədəd fincan, 1 ədəd qazan, 1 ədəd svarodka (tava), 1 ədəd klyonka, 2 ədəd pakraval, 24 ədəd boşqab, stəkan və nəlbəkilər, 1 ədəd taxt üstü, 1 ədəd pərdə, 1 ədəd abu qələm boşqab, xrustal stəkan nəlbəkilər, 12 ədəd əlavə boşqab dəsti, 5 ədəd balaca güldan, meyvə qabları, bakallar, 1 ədəd lüstur, dəsmallar, 8 ədəd balış, 4 ədəd yorğan, 4 ədəd döşək, zibil qabı, 6 ədəd döşəkçələr, 6 ədəd balaca döşəkçələr, 1 ədəd mikser, 1 ədəd böyük çaynik cehiz əmlaklarının ona məxsus evdən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 92/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsilə Cavabdeh ilə iddiaçının oğlu X6 arasında nikah pozulmuşdur. Onların birgə nikahlarından 3 övladları var. Uşaqlar cavabdehin himayəsindədir. Cavabdeh gəlin köçərkən özü ilə 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd termo, 1 ədəd taxt, divan və kreslolar, stol və stullar, 2 ədəd xalça, 1 ədəd beşik, 1 ədəd adi televizor, 1 ədəd televizor altı, 1 ədəd soyuducu, 1 ədəd adi pataryuyan, 1 ədəd yazı stolu, 1 ədəd məktəb stolu, 1 ədəd saat, 1 ədəd divar üçün suvenir, 1 ədəd vanna, 1 ədəd böyük güldan, 1 ədəd abedni servis, 1 ədəd çaynı servis, 1 ədəd samovar, 2 ədəd sini, 2 ədəd tas, 1 ədəd aşsüzən, 2 ədəd vedrə, 2 ədəd fincan, 1 ədəd qazan, 1 ədəd svarodka (tava), 1 ədəd klyonka, 2 ədəd pakraval, 24 ədəd boşqab, stəkan və nəlbəkilər, 1 ədəd taxt üstü, 1 ədəd pərdə, 1 ədəd abu qələm boşqab, xrustal stəkan nəlbəkilər, 12 ədəd əlavə boşqab dəsti, 5 ədəd balaca güldan, meyvə qabları, bakallar, 1 ədəd lüstur, dəsmallar, 8 ədəd balış, 4 ədəd yorğan, 4 ədəd döşək, zibil qabı, 6 ədəd döşəkçələr, 6 ədəd balaca döşəkçələr, 1 ədəd mikser, 1 ədəd böyük çaynik cehiz əmlaklarını da gətirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh onun keçmiş gəlinidir. Onun oğlu 2007-ci il tarixdə cavabdehlə rəsmi nikaha girib hazırki yaşadıqları evdə yaşamışlar. Həmin ev onun yoldaşının olmuş, o, öləndən sonra isə ev vərəsəliklə onun adına keçmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-92/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2007-ci il tarixdə Şamaxı rayon VVADQ Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 160 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahında doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X9, 25 noyabr 2009-cu il təvəllüdlü X8 və 24 dekabr 2013-cü il təvəllüdlü X10 iddiaçının (anasının) – Cavabdeh yanında qalması, cavabdeh X1 21 avqust 2020-ci il tarixdən başlayaraq birgə nikahdab doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X9, 25 noyabr 2009-cu il təvəllüdlü X8 və 24 dekabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şamaxı rayonu, A.Məmmədağa küçəsi döngə 1, ev 10 X3 məxsusdur. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X4 verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80 kv/m olan fərdi yaşayış evindən, ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X3 verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarətdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi döngə 1 ünvanında yerləşən 10 saylı fərdi yaşayış evi əvvəllər iddiaçının əri X4 məxsus olmuşdur. O öləndən sonra isə İddiaçı həmin evə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Cavabdeh isə iddiaçının oğlu ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və gəlin kimi həmin evə köçərək birlikdə yaşamışlar. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış rəsmi nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Cavabdeh iddiaçıya məxsus evi tərk etsə də, ona məxsus olan cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. İddiaçı həmin əşyaların onun evində qalmasını mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir və qeyd olunan əşyaların evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə aid əşyaların iddiaçıya məxsus evdən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin evdən istifadə hüququnun olubolmaması müəyyən edilməlidir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.2007-ci il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibəti xx.xx.2009-cu il tarixdən əvvəl yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən 10 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olan X7 ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı ünvan 2 ünvanında yerləşən 10 saylı fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehə aid əşyaların iddiaçıya məxsus yaşayış sahəsində olması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən 10 saylı fərdi yaşayış sahəsində hər hansı bir hüququ mövcud olmayan cavabdehə məxsus əşyaların həmin yaşayış sahəsində qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehə məxsus iddia ərizəsinə əlavədə göstərilən əşyalar iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh aid cehiz əmlakları - 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd termo, 1 ədəd taxt, divan və kreslolar, stol və stullar, 2 ədəd xalça, 1 ədəd beşik, 1 ədəd adi televizor, 1 ədəd televizor altı, 1 ədəd soyuducu, 1 ədəd adi pataryuyan, 1 ədəd yazı stolu, 1 ədəd məktəb stolu, 1 ədəd saat, 1 ədəd divar üçün suvenir, 1 ədəd vanna, 1 ədəd böyük güldan, 1 ədəd nahar servisi, 1 ədəd çay servisi, 1 ədəd samovar, 2 ədəd sini, 2 ədəd tas, 1 ədəd aşsüzən, 2 ədəd vedrə, 2 ədəd fincan, 1 ədəd qazan, 1 ədəd svarodka (tava), 1 ədəd klyonka, 2 ədəd pakraval, 24 ədəd boşqab, stəkan və nəlbəkilər, 1 ədəd taxt üstü, 1 ədəd pərdə, 1 ədəd abu qələm boşqab, xrustal stəkan nəlbəkilər, 12 ədəd əlavə boşqab dəsti, 5 ədəd balaca güldan, meyvə qabları, bakallar, 1 ədəd lüstur, dəsmallar, 8 ədəd balış, 4 ədəd yorğan, 4 ədəd döşək, zibil qabı, 6 ədəd döşəkçələr, 6 ədəd balaca döşəkçələr, 1 ədəd mikser, 1 ədəd böyük çaynik İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar