Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-161/2025 11.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət vasitəsinin dəyəri olan 2541,01 manat məbləğində pulun alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə-Təminat İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)-87/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 221.2.1 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, Cavabdeh üzərində 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 21 may 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək olan 4 ay 28 gün həbsdə saxlanıldığı müddət 9 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 3 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə məhkum müvafiq qaydada qeydiyyata götürülərək, böyük icra məmuru X1 və məhkumun özünün iştirakı ilə məhkuma ENV tətbiq edilmiş, məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Monitorinq Mərkəzindən şöbəyə verilmiş məlumat əsasında məlum olmuşdur ki. məhkum barəsində “izlənmə məlumatları” gəlmir. Bununla bağlı xx.xx.2024-ci il tarixdə məhkum şöbəyə dəvət edilmiş və məlum olmuşdur ki, həqiqətən izlənmə məlumatları gəlmir. Məhkumdan bunun səbəbləri soruşulmuş və o ENV-nə heç bir müdaxilə etmədiyini bildirmişdir. Hökmün icrası məqsədi ilə Cavabdeh yeni ENV-si tətbiq edilmiş və ondan götürülmüş 35622540 saylı komplekt Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq İdarəsinə təhvil verilmişdir. "xxxx" QSC-nin müvafiq rəyinə əsasən texniki baxışın nəticəsi olaraq istifadə qaydalarına düzgün riayət olunmadığı səbəbindən qurğu yararsız vəziyyətə düşdüyü bildirilmişdir. Belə ki, Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Mütəxəsis Rəyinə əsasən komplektə (qurğuya) xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmişdir. Həmin texniki baxış barədə rəydə göstərilmişdir ki, komplektin təmiri mümkün deyil, istifadəyə tam yararsızdır və bu barədə rəy şöbəyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinin təqdim etdiyi qiymətləndirmə cədvəlinə əsasən, mobil qurğunun dəyəri 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik hesablanmışdır. Bundan sonra, məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı Şamaxı Rayon İcra və Probasiiya Şöbəsinin rəisi Cavid Məmmədyarov məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(074)-87/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 221.2.1 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, Cavabdeh üzərində 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 21 may 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək olan 4 ay 28 gün həbsdə saxlanıldığı müddət 9 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 3 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Cavabdeh izahatından görünür ki, ona xx.xx.2022-ci il tarixdə cəzasını çəkməli və icrası qaydası izah edilmiş, ATTENTİ markalı 35622540 saylı (qolbaq 20174) ENV-si tətbiq edilərək, istifadə qaydaları izah edilmiş, qorunub saxlanılması tapşırılmış, maddi məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh ATTENTİ markalı 35622540 saylı (qolbaq, ENİ-si yəni 1 ədəd mobil qurğu, 1 ədəd qolbaq, 1 ədəd kobura və enerji yükləyici adaptor məhkum Cavabdeha tətbiq olunmuş, qorunub saxlanılması tapşırılmış, maddi məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən görünür ki, Cavabdeh tətbiq edilmiş 35622540 nömrəli Attenti V6 mobil qurğusu 19 sentyabr 2024cü il tarixdə texniki baxışdan keçirilmiş, istifadə qaydalarına düzgün riayət olunmadığı səbəbindən, qurğunun yararsız vəziyyətdə olması, təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin Təchizat şöbəsinin rəisi tərəfindən verilmiş maliyyə arayışından məlum olur ki, mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə dəyəri 2541,01 manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən, şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalardan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi, cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda, ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də, itirilməsi zamanı, dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, əksinə ona müdaxilə etmiş və nəticədə mobil nəzarət qurğusunu zədələmiş və bununla, maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən, məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq, dövlət büdcəsinə köçürülür. Tələb olunan məbləğ 1000 manatdan çox olduğundan, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci və Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, ödənilməli olan dövlət rüsumu 45,41 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən, 45,41 manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 2541,01 manat məbləğində pul tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə-Təminat İdarəsinin hesabına ödənilısin. Cavabdeh 45,41 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-161/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-161/2025
11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver