Məhkəmə qərarları › İş №2(074)-1664/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1664/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1664/2024 12.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4600 manat məbləğində borcun və dövlət rüsumu qismində ödədiyi 66 manatın, cəmi 4666 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu ildən dostluqları olmuşdur. O, xx.xx.2024-cü il tarixdə ona müraciət edərək bildirmişdir ki, öz şəxsi problemlərini həll etmək üçün ona 4600 manat pul lazımdır, lakin pul vəsaiti yoxdur. Ona görə də ondan 4600 manat məbləğində borc istəmiş, onunla dostluq əlaqələrini nəzərə alaraq, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində onunla görüşərək ona 4600 manat məbləğində borc pulu Bakı şəhəri 30 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 3M-78 reyestr nömrəli kredit müqaviləsi ilə vermiş və həmin kredit müqaviləsinə əsasən Cavabdeh həmin pulu xx.xx.2024-cü ildə ödəməyə söz versədə hələ də heç bir məbləğ ödəməməmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh ünvanına xx.xx.2024-cü ildə poçt vasitəsi ilə rəsmi qaydada pretenziya məktubu göndərmiş, lakin yenə də cavabdeh həmin pulu ödəməmişdir. Cavabdeh 4600 manat məbləğində borc pulu Bakı şəhəri 30 saylı Notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 3M-78 reyestr nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü ildə tam şəkildə geri qaytarılmalı idi. Lakin, həmin tarixdən o telefonuna gah cavab verir, gah da vermir, telefonunu söndürür və ona olan borcunu geri qaytarmaqdan gizlənərək imtina edir. Hal-hazırda isə nömrəsinə zəng çatmır və bu günə qədər ödəniş etməmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 yanvar 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 4600 manat pulu 30 iyun 2024-cü il tarixədək qaytarmaq şərtilə, faizsiz olaraq borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, borc məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, müəyyən edilmiş müddətdə borc məbləğini tam ödəməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4600 manat pul Cavabdehdan alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də İddiaçı tərəfindən ödənilmiş 66 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 30 yanvar 2024-cü il tarixli borc müqaviləsi üzrə 4600 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 66 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar