Məhkəmə qərarları › İş №2(074)-1725/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1725/2024

19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1725/2024 19.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən, yetkinlik yaşına çatmayan 16 yanvar 2017-ci il təvəllüdlü X1 üçün, cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-880/2024 saylı qətnaməsi ilə iddiaçı X8 və cavabdeh X5 birgə nikahlarından doğulmuş 16 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh tərəfindən birgə nikahdan doğulmuş 16 yanvar 2017-ci il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Hal-hazırda 16 yanvar 2017-ci il təvəllüdlü X2 müalicəyə ehtiyacı olduğu üçün təlabatı artmışdır, onun tələbatını tək başına qarşılamaq qabiliyyətində deyil və Şamaxı Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(074)-880/2024 saylı qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir təlabatının və müalicə xərclərinin ödənilməsinə yetmir. Övladı xroniki xəstədir, ona görə də məsrəfi yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimum da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehitacını tamamilə o, çəkir. Böyüdükçə uşağın da atasına qarşı ehtiyacı və təlabatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi və müalicəsi ilə məşğul olmur. Uşağın bütün qayğılarını çəkmək tək qadın olaraq onun üçün cox çətindir. Buna görə də iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimum haqqında "Qanunun birinci maddəsinə əsasən, 2024-ci il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 350 manat, pensiyaçılar üçün 270 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Ölkə üzrə yaşayış minimumun, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manata çatdırılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(074)-880/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılması və ondan övladı xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat məbləğində alimentin alınıb cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona gələn məhkəmə bildirişinə əsasən müəyyən etmişdir ki, cavabdeh ona qarşı alimentin artırılmasına dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Onunla 03 mart 2017-ci il tarixdə X9 ilə aralarında nikah bağlanmışdır. Nikahları Şamaxı Rayon Qeydiyyat Şöbəsində 03 mart 2017-ci il tarixdə qeydə alınmış və 51 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından 1 qız övladları doğulmuşdur. Xoşluqla cavabdehdən ayrılmaq istəsə də o, haqsız yerə barəsində iftira və yalanlarla dolu ərizələrlə Respublikada orqan qalmayıb ki, yazmasınlar. Şərəf ləyaqətinə bu cür təsir etdiyindən onun barəsində şərəf və ləyaqətin müdafiəsinə dair iddia da qaldırmışdır. Bu çoxsaylı müraciətlərinə Baş Müstəşəkkil Cinayətlər İdarəsindən tutmuş, Baş Prokurorluq, Şamaxı Rayon Polis Şöbəsi, Binəqdi Rayon Prokurorluğu, Şamaxı Rayon Prokurorluğu və s orqanlara barəsində ərizələrlə müraciət etmiş, lakin ərizələri şər-böhtan olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Bu ərizəsi də həmin mənasız tələblərdən biridir. Çünki, onun maddi durumunda artım müşahidə olunmayıb, əksinə işdən çıxmışdır. Cavabdehdən fərqli olaraq onun alimentin azaldılmasını tələb etməyə haqqı var. Şamaxı Rayon Məhkəməsinin 2(074)-880/2024 saylı qətnaməsi ilə uşağı saxlamaq üçün 200 manat aliment kəsilmişdir. Onun iş yeri var idi və işləyirdi. Cavabdeh ondan şikayətlər etdikdən sonra onu işdən azad etdilər. Artıq işləmir və alimenti ödəməyə maddi imkanı yoxdur. İcra və Probasiya Şöbəsində də dəfələrlə bildirmişdir ki, onun alimenti ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbinə uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşağı xəstədir. Müəyyən olunmuş aliment məbləği uşağın ehtiyaclarını qarşılamır. Cavabdehin qazancı kifayət qədər yaxşıdır. Hətta qətnamə çıxandan sonra belə onun maddi vəziyyətində dəyişiklik olmuşdur, lakin hazırda buna dair sübut təqdim edə bilmir. Cavabdeh rəsmi olaraq işləməsədə şəxsi işlərlə məğul olur. Qətnamə ilə müəyyən edilən alimentin məbləği 200 manatdır. Lakin uşağın xəstəliyi ilə bağlı alimenti çatdıra bilmir. Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdir. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi və ilkin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-880/2024 saylı, 12 iyul 2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Şamaxı Rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 51 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq, cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ № 936021 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 yanvar 2017-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 495339 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı nikahına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 16 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 880/2024 saylı, 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı ödənilməsi qət edilmiş və həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı həmin qətnamə qəbul edildikdən cəmi 3 ay sonra iddia tələbi ilə məhkəməyə müraciət edərək uşağın böyüdüyünü, tələbatının artdığını və məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin uşağın heç bir tələbatının ödənilməsinə yetmədiyini əsas gətirərək, müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmiş, lakin cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə uşaqların saxlanılmasının hər iki valideynin üzərinə düşdüyünü nəzərə nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsaslanaraq ilkin iddia tələbinin dəlillərini əsaslı hesab etmir. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək işdən çıxarılması, hazırda işləməməsi və maddi vəziyyətinin pisləşməsini əsas gətirərək alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin dəlillərini əsaslı hesab etmir. Belə ki, valideynin az gəlir əldə etməsi və ya heç bir yerdə işləməməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra, ilkin iddia üzrə cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair ilkin iddia üzrə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və bu hal məhkəmə iclasında da, müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh alimentin tutulması qət edildikdən sonra, onun ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair ilkin iddia üzrə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, aliment məbləğinin artırılması və ya azaldılmasına heç bir əsas yoxdur. Bu səbəbdən də ilkin və qarşılıqlı iddia təmin edilməmlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar