Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1792/2025 28.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin inventarlaşması va texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Şəhriyar qəsəbə ərazisində ona məxsus 0,06 ha həyatyanı torpaq sahəsində yerləşən ümumi sahəsi üç otaqdan ibarət yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinin və bildirişin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “həyətdən də yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılır və həmin iş üzrə məhkəmə baxışı xx.xx.2025-ci il tarixə saat 15:30-a təyin edilmişdir. Belə olan halda, İddiaçı ilə Cavabdeh arasında eyni predmet barəsində eyni əsaslarla mübahisəyə təkrarən baxıla bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsindən də görünür ki, iddiaçının hüquqi marağı cavabdehin ona məxsus torpaq sahəsindən və orada yerləşən evdən çıxarılmasından ibarətdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubundan görünür ki, mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin müəyyənləşdirilməsi barədə ərizənin icraasından torpaq sahəsi üzərində mübahisə olduğundan imtina edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsinın icraata qəbulundan imtina edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 1257, əməliyyat İD **********, GPP qəbz nömrəsi ********** olan) 100 manat rüsumun 80 manatı X1 qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin inventarlaşması va texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 1257, əməliyyat İD **********, GPP qəbz nömrəsi ********** olan) 100 manat rüsumun 80 manatı X1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1792/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1792/2025
28.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver