Məhkəmə qərarları › İş №2(074)-185/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-185/2024

18.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-185/2024 18.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1278 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qohumluq münasibəti əsasında onun səmimiliyinə inanaraq, 2023-cü ilin sentyabr ayında borc olaraq 1278 manat pul verib. Cavabdeh aldığı pulu 2023-cü ilin oktyabr ayına kimi qaytarmağa söz versə də, hazırda həmin borcu qaytarmaqdan imtina edir. Müxtəlif bəhanalərlə borc aldığı pulu qaytarmaqdan imtina edir. İddiaçı göstərilən səbəbdən ağır maddi vəziyyətə düşüb. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Omarova Nuridə Dursunalı qızı onun doğma qızıdır. Qızı Nuridə Cavabdehla qudadırlar. Cavabdehin xahişi ilə qızı Nuridə kredit götürərək ona vermişdir. Kredit cavabdeh tərəfindən ödənilmişdir. Lakin cavabdeh krediti ödəməyəndə bakdan qızına zəng edərək kreditin ödənilməsini bildirmişlər. Qızı da bu barədə Cavabdeh bildirdikdə, Cavabdeh hazırda krediti ödəməyə imkanı olmadığını və krediti onların ödəməsini xahiş etmiş və həmin ayların pulunu ona qaytaracağını bildirdişdir. Qızı Nuridə isə bu barədə ona demiş və pulu olmadığı üçün kreditin onun tərəfindən ödənilməsini xahiş etmişdir. Buna görə o, X2 ödəməli olduğu kreditə görə 1278 manat məbləğində pul ödəmişdir. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, ödənişlə bağlı qəbzləri iş materiallarına əlavə etmişdir. Cavabdeh yerinə 3 dəfə pul ödəmiş və qəbzlər də 3 ədəddir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçının qızı Nuridə ilə qudadır. Ona pul lazım olmuşdur. Lakin ona kredit vermədikləri üçün Nuridədən kredit götürüb ona verməsini xahiş etmiş, Nuridə də kredit götürərək oan vermişdir. Kredit ödənişlərini özü etmiş, lakin son ayları maddi imkanı olmadığından ödəyə bilməmişdir. Onun yerinə nə qədər pul ödənilməsini bilmir. Özü etdiyi ödənişlərlə bağlı qəbzlər özündədir, lakin indi təqdim edə bilmir. Hazırda maddi imkanı olmadığından iddiaçının pulunu qaytara bilmir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********5547 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatı tərəfindən Omarova Nuridə Dursunalı qızına illik 28 faiz dərəcəsi ilə, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Omarova Nuridə Dursunalı qızının müştəri İD-si 931554-dür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit kartının mədaxil aktının surətindən görünür ki, “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatı tərəfindən üzərinə “Fincard” adı qeyd edilmiş kredit kartı Omarova Nuridə Dursunalı qızına təqdim edilmişdir. İş materiallarında olan bildiriş məktublarının surətindən görünür ki, “FİNCA Azerbaijan” X3- Bank Kredit Təşkilatı tərəfindən Omarova Nuridə Dursunalı qızına mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzləridən görünür ki, Omarova Nuridə Dursunalı qızının kredit borcuna görə 500 manat, 34 manat və 536 manat olmaqla ödənişlər edilmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçının cavabdehin əvəzinə kredit borcunu ödəməsini cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Lakin, cavabdeh onun əvəzinə nə qədər pulun ödənildiyini dəqiq göstərə bilməmişdir. Həmçinin cavabdeh iddiaçı tərəfindən onun kredit borcuna görə ödənilmiş pulun iddiaçıya qaytarılması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh tərəfə borcun qaytarılmasına dair sübutlarını təqdim etməsi təklif olunaraq, bununla bağlı məhkəmə hazırlıq iclası təxirə salınaraq cavabdeh tərəfə sübutlarını təqdim etməsi üçün şərait yaradılsa da, cavabdeh tərəf borcun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının qızı Omarova Nuridə Dursunalı qızı Cavabdehla qudadırlar. Cavabdehin xahişi ilə iddiaçının qızı Nuridə kredit götürərək ona vermişdir. Kredit üzrə ödənişlər cavabdeh tərəfindən edilmişdir. Lakin cavabdeh krediti ödəməyəndə iddiaçı qızının xahişi ilə 1070 manat pul ödəmişdir. Həmin pulu isə cavab qaytarmamışdır və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehdən 1278 manat pul tələb etsədə onun tərəfindən iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehin kredit borcuna görə cəmi 1070 manat ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 İddiaçı xeyrinə 1070 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1070 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar