Məhkəmə qərarları › İş №2(074)-194/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-194/2023

28.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-194/2023 28.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təzminat” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdİ: İddiaçı Cavabdeh qarşı “təzminat” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı qarşı yalan olduğunu bilə-bilə sahibkardır, 50-dən çox xırda buynuzlu 11 dənə iri buynuzlu mal saxlayır deməsi, böhtan atması, rəsmi şəkildə təsdiq etməsi məhkəmə ekspertizası tərəfindən araşdırılması, Cavabdeh verdiyi məlumatlar yalan olduğu halda dövlətin məhkəməsini, hakimini aldatmaqda məsuliyyətə cəlb olunması, həmin heyvanların qarşılığında Cavabdeh 10 min manat sabit pul məbləğində təzminatın tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, Cavabdeh xx.xx.2022-ci il Şamaxı rayon Mediasiya təşkilatına ünvanladığı aliment tələbinə dair və ünvan 2 işdə Cavabdeh bildirmişdir ki, İddiaçı kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur, 50 başdan çox xırda 11 baş iri buynuzlu mal saxlayır. Bu istiqamətdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Şamaxı rayon Mediasiya təşkilatı idda ərizəsinin surətini Mediasiya arayışını Şamaxı rayon məhkəməsinə təqdim edəndə İddiaçı Elçin oğlunun sahibkarlığına aid icra nümayəndəliyindən, bələdiyyədən, baytarlıq mərkəzindən, vergi idarəsindən, məşğulluq idarəsindən rəsmi sənədi arayışı sübut və dəlilləri varmı ki, İddiaçı sahibkardır. Cavabdeh, İddiaçı qarşı məhkəmə qaydasında yalan olduğunu bil-bilə böhtan atması, sahibkardır deməsi, rəsmi şəkildə təsdiq etməsi dövlətin rəsmi qurumları qarşısında İddiaçı vergidən yayınması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən əsas amillərdən biridir. Cavabdeh, İddiaçı qarşı məhkəmə qaydasında yalan olduğunu bilə-bilə böhtan atması sahibkardır öz övladlarına diqqət və qayğısını göstərməyir deməsi, rəsmi şəkildə təsdiq etməsi, İddiaçı sahibkar olub öz övladlarına baxmamasını şəxsiyyətsiz və şərəfsiz kimi təsdiq edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahat verib bildirdi ki, 9 il iddiaçı ilə ailəli olmuşdur. Yoldaşının mülkiyyəti barədə əlbəttə məlumatı olmalıdır. Onun evi var amma başqasının mülkiyyətinə keçirmişdir. Onun heyvanları var amma bunu təsdiq edəcək sübutları yoxdur. Həmin kəndin əhalisi bilir. Bundan başqa onun iddia ərizəsində qeyd etdikləri İddiaçı şərəf və ləyaqətini alçaldan məlumatlar olmayıb. Buna görə də iddianın təmin edilməməsinixahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon İHB-nın Göylər kənd İƏD üzrə nümayəndəliyində X3, X2, X1 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı ilə qonşu olaraq Şamaxı rayonunun Göylər kəndində yaşayırlar. Onunla uzun müddətdir ki, qonşu yaşayırlar, indiyə kimi heç vaxt onun yaşadıqı həyətdə heyvan - qara görməmişlər. Onun heyvan saxlamasın eşitməmiş – bilmirlər. Onlara məlumdur ki, onun heç bir heyvan - qarası yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyata götürülmüşdür. İş materiallarında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. 50 dənədən çox xırda, 11 dənə iri buynuzlu mal saxlayır. Bu istiqamətdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi iddia ərizəsində barəsində qeyd edilən məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “təzminat” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar