Məhkəmə qərarları › İş №2(074)-20/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-20/2025

17.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-20/2025 17.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona “Subaru Forester” minik markalı avtomobilinin təmirinə müxtəlif vaxtlarda ümumilikdə ödədiyi 3300 manat pulu, ona vurduğu mənəvi ziyana görə 1000 manat və "xxxx" MMC-nin hüquqi xidmət göstəriıməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi 400 manat pul vəsaitinin, ümumilikdə 4700 manat məbləğində pulun ödənilməsi və ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan “Subaru Forester” minik markalı avtomobilin mühərrik hissəsində yaranan nasazlıqla bağlı tanışı vasitəsilə Babək prospektində yerləşən “Master Boks” servisində Elnur adlı şəxsə müraciət etmişdir. Elnur adlı şəxs onu dinləyib, servisdəki motor ustası olan Tural və Emil adlı şəxsə yönəltmişdir. Bir il ərzində avtomobilinin mühərriki dörd dəfə sökülüb, yığılmışdır. Hər dəfə maşının mühərrik hissəsində nöqsanlar yaranırdı. Mühərriki yığmaqlarına baxmayaraq, ona məxsus olan avtomobil nasaz vəziyyətinə salınmışdır. Sonuncu dəfə, avtomobilin mühərrik hissəsində nasazlıqla bağlı servisə yaxınlaşaraq, Elnura, Emilə və Turala müraciət etdiyi zaman, Tural adlı işçi nasazlığı aradan qaldırmaq üçün, öz ustası olan Ramiq ustanın yanına göndərmişdir. Ramiq usta avtomobilinə baxmış və “mühərrikin yağ yediyini və təzədən yığılmasını” bildirmişdir. Bu zaman, o, servisin ustalarının işi bacarmadıqlarını anlamışdır. Bununla bağlı o, servisin rəhbəri olan Emil adlı şəxsə yaxınlaşaraq, öz narazılığını bilirib, servisə müxtəlif vaxtlara əlbə-əl ümumu vəsait olaraq ödədiyi 3300 manatını geri qaytarmasını xahiş etmişdir. O, dəfələrlə ödədiyi pulunun geri qaytarılmasını tələb etsə də, Emil həmin vəsaiti qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı o, servisin yerləşdiyi ərazi aidiyyəti üzrə, Nizami RPİ-nin 23-cü PB-nə ərizə ilə müraciət etmişdir. Ərizəsində, baş verən hadisəni ətraflı qeyd edərək, servisin rəhbəri kimi özünü təqdim edən Emil, mühərrik ustası olan Tural və Elnur adlı şəxslər barədə şikayətini bildirərək, avtomobilinin təmirinə çəkilən xərcin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət etdiyi ərizəsinə müvafiq olaraq, izahat verib şikayətçi olduğu şəxslərin əlaqə nömrələrini qeyd etmişdir. Lakin, bölmənin sahə inspektoruna həvalə edilmiş ərizəsi üzrə dəfələrlə, bölmə rəisinə narazılığını bildirsə də, müraciəti üzrə bölmə tərəfindən ona heç bir köməklik göstərilməmişdir. Yaşayış ünvanına göndərilmiş Bakı şəhər Nizami RPİ-nin 23-cü PB-nin 3-13-52-1/2 Ə-9332 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixli, 1/1-Ə-9332/11-23 nömrəli ərizədə qeyd olunmuş xüsusatlar üzrə müvafiq araşdırma aparıldığı, şikayətçi olduğu Cavabdeh izahatının alındığı, müraciətidə qeyd olunan mübahisəli məsələnin mülki xarakterli məsələ olduğunun müəyyən edildiyi, yaranmış problemli məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hüquqi savadı olmadığı üçün, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə müvafiq müqavilə bağlayaraq, hüquqi ərizə, sorğu və iddia tələbi üzrə iddia ərizəsinin tərtib edilməsi öhdəliyinə görə, cəmiyyətin bank hesabına 400 manat məbləğində pul vəsaiti ödənişi etmişdir. Müraciəti üzrə bölmə tərəfindən görülmüş, əlavə edilmiş sənədlərdə şikayətçi olduğu vətəndaşdan Cavabdeh izahatı alınmışdır. ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3ayan Cavabdeh izahatında özünü “Master Boks”un direktoru kimi, qeyd edərək, ona məxsus ola avtomobil təmir sexinə müştəri kimi yaxınlaşdığını, ona məxsus olan “Subaru Forester” minik markalı avtomobilinin mühərrikini bir neçə dəfə söküb təmir ediyini, tam qismində olmasa da, az vəsait qeyd edərək onlara ödəniş etdiyini və işlədikləri işdə qüsur olduğu halda ödənilən vəsaitin geri qaytarılmasını və ehtiyyat hissələrində aşkarlandığı halda belə mağazadan alınmış ehtiyyat hissələrinin qaytarılmasına köməklik göstərilməsini etiraf etmişdir. Hal-hazırda ona məxsus olan “Subaru Forester” minik markalı avtomobil, Cavabdeh və onunla birlikdə işləyən Tural və Elnur adlı şəxsin sayəsində, işləməyən vəziyyətdə qalmaqdadır. Bir ildən artıqdır ki, məcburiyyət qarşısında qalıb, iş yerinə taksi ilə gedir. Cavabdeh, ona “Subaru Forester” minik markalı avtomobilimin təmirinə müxtəlif vaxtlarda ümumilikdə ödədiyi 3300 manat pul vəsaitinin qaytarılması, bu müddət ərzində ona vurduğu mənəvi ziyana görə 1000 manat, "xxxx" MMC-nin xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi 400 manat pul vəsaitini, ümumilikdə 4700 manat məbləğində pulu tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23cü Polis Bölməsi tərəfindən İddiaçı adına ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.20023-cü il tarixli, 1/1-Ə-9332/11/23 nömrəli ərizədə qeyd olunan xüsusatlar üzrə müvafiq araşdırma aparılmış, şikayətçi olduğunuz Cavabdeh izahatı alınmış, müraciətinizdə qeyd olunan mübahisəli məsələnin mülki xarakterli məsələ olduğu müəyyən edilmişdir. Yaranmış problemli məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə verdiyi izahatında göstərmişdir ki, onlar tərəfindən sifarişçi İddiaçı xidmət göstərilmiş, 400 manat əmək haqqı və 2100 manat ehtiyat hissələri alınmışdır. İddiaçı onların gördüyü işdən narazıdır, o, demişdir ki, “başqa usta onun maşınını yoxlasın, onların günahından qüsür yaranıbsa, ödədiyi pulları qaytaracaqdır”. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xidmət göstərilməsinə dair 25 sentyabr 2023-cü il tarixdə müqavilə bağlanmış, 27 sentyabr 2023-cü il tarixdə BPM**********282 nömrəli qəbzlə İddiaçı tərəfindən "xxxx" MMC-yə 400 manat pul ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 21 may 2025-ci il tarixli 02-77/25 saylı rəyində göstərilir ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinə dəymiş zərər məbləğinin müəyyən etmək üçün xərc yanaşmasından istifadə etməklə zədələnmiş hissələr aşkar olunmuş, hissələrin dəyişdirilməsi nəzərdə tutluan hissələrin orta bazar dəyəri hesablanaraq nəticədə ümimilikdə avtomobilin zərər məbləği 8507,50 manat təşkil edir. Beləliklə, iş materiallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən olundu ki, iddiaçı idarə etdiyi avtomobili təmir etməyi cavabdehə tapşırmış və bu məqsədlə həmin şəxsə ayrı-ayrı vaxtlarda ümumilikdə 3300 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçinin, 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında qanunvericiliyə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında iddiaçıya müvafiq xidmətlərin qüsursuz və vicdanlı göstərilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh tapşırıq müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin xidmətləri qüsursuz göstərməsinə dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Belə olan halda, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 300 manat pulun tutulması məqsədəuyğundur. Məhkəmə həmin məbləği ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək, ekspert tərəfindən aparılmış tədqiqatla rəyə tənqidi yanaşaraq, ekspertin gəldiyi nəticəni qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 3300 manat, mənəvi zərərə görə 300 manat, hüququ yardıma görə ödənilmiş 400 manat və ekspertiza tədqiqatı ilə xidmət haqqı olaraq 200 manat pul olmaqla, cəmi 4200 manat pul alınıb, İddiaçı verilməlidir. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 3300 manat, mənəvi zərərə görə 300 manat, hüququ yardıma görə ödənilmiş 400 manat və ekspertiza tədqiqatı ilə xidmət haqqı olaraq 200 manat pul olmaqla, cəmi 4200 manat pul alınıb, İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar