Məhkəmə qərarları › İş №2(074)-208/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-208/2023

30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-208/2023 30.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 252 manat məbləğində pulun Şirvan Milli Parkında qanunsuz olaraq mal-qara otarmış Hacıqabul rayonu, Rəncbər kəndində anadan olmuş və Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan Cavabdeh alınaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının xüsusi fondu VÖEN: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdçə təsnifatı kodu: 142330, Büdcə səviyyə kodu: 1, Alan bank: X1, Kodu: 210005, VÖEN: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T CTREAZ22 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Şirvan Milli Parkının əməkdaşları tərəfindən parkın mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən, xx.xx.1991-ci il tarixdə Hacıqabul rayonu, Rəncbər kəndində anadan olmuş və Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan Cavabdeh şəxsi təsərrüfatına aid 70 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə salmışdır. Cavabdeh barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkına 252 manat ziyan vurduğu Cavabdeh bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Bu barədə həmin şəxsə müvafiq məktub göndərilmişdir. Halhazıradək Cavabdeh Şirvan Milli Parkına dəymiş ziyanı könüllü ödəməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəməyə ünvanladığı müraciətində, üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 61737 saylı aktdan görünür ki, Cavabdeh Şirvan Milli Parkının 3 saylı sahəsinin ərazisində qanunsuz olaraq 70 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə əraziyə salmışdır. Bununla da, o, xüsusi mühafizə olunan təbiət ərazisindən istifadə qaydalarını pozmuşdur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə şəxsi təsərrüfatına aid xırda buynuzlu 70 baş mal-qaranı qanunsuz olaraq otarmaq məqsədilə, Şirvan Milli Parkına saldığına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan hesabat cədvəlindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 30 saylı Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəyə əsasən, 70 baş qoyun, hər 10 baş üçün 36 manat olmaqla, 70 baş x 3,6 manat = 252 manat təbiətə maddi ziyan dəymişdir. İş materilları ilə müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Şirvan Milli Parkının 3 saylı sahəsinin ərazisində qanunsuz olaraq 70 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə əraziyə salmış, bununla bağlı qanunamüvafiq olaraq akt və cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, təbiətə 252 manat ziyan vurduğu barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqailədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real, zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüququ pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işin faktiki hallarına və qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, Cavabdeh iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkı qarşısında zərər vurulmasından ibarət öhdəliyi vardır. Cavabdeh Şirvan Milli Parkının 3 saylı sahəsinin ərazisində qanunsuz olaraq 70 baş xırda buynuzlu mal-qaranı əraziyə salıb otarmaqla, Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan inzibati xəta haqqında qərarla təsdiq olunur. Cavabdeh təbiətə vurduğu ziyan 252 manat hesablanmışdır. “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79-cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 252 manat məbləğində pul alınıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 252 (iki yüz əlli iki) manat məbləğində pul alınaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının VÖEN: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdçə təsnifatı kodu: 142330, Büdcə səviyyə kodu: 1, Alan bank: X1, Kodu: 210005, VÖEN: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar