Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-22/2023 02.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “gediş-gəlişə mane olan çıxıntının və qapının sökülməsi, mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “gediş-gəlişə mane olan çıxıntının və qapının sökülməsi, mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək, cavabdehlə aralarında olan mübahisəni hazırda razılıqla həll etdiklərini bildirib, iddia ərizəsini baxılmamış saxlamaqla, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddiaçı ilə aralarında razılığın olmasını təsdiq edərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “gediş-gəlişə mane olan çıxıntının və qapının sökülməsi, mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-22/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-22/2023
02.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver